Numeroloq, yaşam koçu Pərvin Çakmakcı "Bu qədər seviləcəyim ağlıma gəlməzdi"

- Pərvin xanım, nəcə oldu ki, bu sahəyə gəldiniz?
- Mən 1985-ci ildə Bakı şəhərində dünyaya göz açmışam. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm. Amma heç vaxt bu sahə üzrə çalışmamışam. Maraqlısı da budur ki, əslində mən incəsənəti çox sevirəm və imtahanı da gizli vermişdim. Amma incəsənət sevgisi elə sevgi olaraq da qaldı. Demək ki, mən başqa bir sahəyə getməli imişəm.
Əslində bir çox kurslara getmişəm. Çox məşhur saç və makiyaj ustası dan dərs almışam. Eyni zamanda dərzilik kursuna da getmişəm. Getdiyim hər kursdan da əlidolu qayıtmışam. Öyrəndiyim hər şeyi çox gözəl bacarıram, amma heç biri mənim ruhumu oxşamırdı. Ele hey özümün axtarışında idim. Bir gün rəfiqəm mənə dedi ki, mumeroloji analiz deyilən bir elm var, gəl onu özümüz üçün etdirək, görək necə bir şeydir. Və mən ödənişi edib analizin cavabını səbirsizliklə gözləyirdim. Cavab gəldikdən sonra dedim mən bunu öyrənmək istəyirəm və xanıma yazıb ondan bu elmin incəliklərini öyrənmək istədiyimi bildirdim. O mənə bu sənin işindir, sən bunu etməlisən dedi. Hal-hazırda numeroloq olaraq fealiyyət gösterirəm və işimdən zövq alıram. Çünki mənə görə hər insan bir rəqəmdir.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq iki ildir ki, bu sahədəyəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İnsanlara çox maraqlı bilgilər vermişəm. Məsələn, hər insanın adının bir əsması, zənginlik rəqəmi, pul kodu, pinkodu və bir çox şeylər var ki, burada açıqlasam, uzun olacaq.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Mən başqa işlər də görürəm, amma son zamanlar numeroloji analizi çox istəyirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Her bir insan yox demeyi bacarmalıdır, etdiklərimiz, danışdıqlarımız, davranışlarımız bizim çakralarımızın tıxanmasına və ya balansda olmamasına səbəb olur.
- Xarakter olaraq necə birisiniz?
- Bunu başqalarından soruşsanız, daha obyektiv olardı (gülür). Amma yıxıcı yox, qurucu biriyəm. Hər zaman pozitiv düşünməyə çalışan və insanlara da bunu öyrədən, ədalətsizliyi sevməyən Pərvinəm.
- Ailəlisinzmi?
- Ailəliyəm, üç övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər zaman axtarışda olsunlar. Heç vaxt bu işi bacarmadım deyib, kənarda oturmasınlar. Mütləq ki, sizin də bacaracağınız bir iş, bir sahə vardır. Yer üzündə elə bir insan yoxdur ki, heç bir bacarığı olmasın. Siz sadəcə istəyin və inanın ki, olacaq.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mənim ruhum bu işi seçərkən ağlıma gəlməzdi ki, bu qədər seviləcəyəm. Ətrafımdakı insanların mənə gözəl sözlər deməsi və dualar etməsi ruhumu oxşayır.
Əlaqə nömrəsi: (050) 393 58 50