"Şirin nağıl" ailəvi restoranının rəhbəri Orxan Əmənli:"Təmiz və keyfiyyətli məhsullar təqdim etmək bizim fərqliliyimizdir"

- Orxan bəy, sizin restoranınız artıq bir neçə müddətdir ki, fəaliyyətdədir. Müştərilərə hansı xidmətləri göstərirsiniz?
- Bəli, artıq dörd aya yaxındır ki, fəaliyyət göstəririk. Bizdə dönər, pizza, fire, qazan yeməkləri və s. yemək növləri var. Müştərilərinin ağız dadlarının yaxşı olmağı üçün əlimizdən gələni edirik.
- Restoran gün ərzində neçə saat fəaliyyət göstərir?
- Səhət saat doqquzdan axşam saat on birə qədər fəaliyyət göstəririk.
- Bizdə olan məlumata görə, sizin restoranda dadlı şirniyyatlar da olur...
- Bəli, ev şəraitində hazırlanmış dadlı şirniyyatlarımızı da müştərilərimizə təqdim edirik.
- Fərqliliyiniz nədədir?
- Təmiz və keyfiyyətli məhsullar təqdim etmək bizim fərqliliyimizdir.
- Restoranda qiymətlər necədir?
- Qiymətlər müştərilərin cibinə uyğundur, çox sərfəlidir. Biz hər şeyi nəzərə alırıq.
- Son olaraq nə demək istəyirsiniz?
- Müştərilər özləri buyurub gəlsinlər. Xidmətlərimizdən yararlansınlar. Bizim yeməklərdən bir dəfə nuş etsələr, özləri bizim kəyfiyyətimizi biləcəklər.
Əlaqə nömrəsi: (055) 466 86 78