"Bright House" Tədris Mərkəzinin rəhbəri Rüfət Quliyev: "Uşaqları cəmiyyətə bir fərd, bir şəxsiyyət kimi yetisdirməliyik"

- Rüfət bəy, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim təhsilə lap kiçik yaşlarımdan marağım olub. Hətta indi də ibtidai sinif müəllimlərimə əlaqə saxlayıram. O vaxtdan özümü təhsil sahəsində görürdüm. Məktəbi bitirdikdən sonra bir universiteti bitirdim, ikinci təhsilimi isə filalogiya üzrə aldım. Zaman gəldi, qərara gəldim ki, özümə bir mərkəz yaradım və insanlara xidmət göstərim. Buna da azyaşlı uşaqların təməlindən başladım. Hal-hazırda təhsilin hər sahəsində fəaliyyətimizi davam etdiririk.
- Neçə ildir ki, fəaliyyət göstərirsiniz?
- Ümumilikdə on bir ildir ki, bu sahədəyəm. Mərkəz olaraq isə üç ildir ki, fəaliyyətdəyik.
- Hansı yaş qrupuna aid uşaqları qəbul edirsiniz?
- İki yaşından doqquzuncu sinfə qədər olan uşaqları qəbul edirik.
- Mərkəzinizdə uşaqlara hansı xidmətlər göstərilir?
- Məktəbəqədər, erkən inkişaf, ibtidai sinif və digər fənlər üzrə dərslər keçilir. Bundan başqa, rəsm, rəqs, şahmat və s. dərnəklərimiz də fəaliyyət göstərir.
- Hal-hazırda mərkəzinizdə neçə nəfər şagird təhsil alır?
- 150 nəfərə yaxın şagirdimiz var.
- İş prinsipini nədən ibarətdir?
- Məqsədimiz insanlara xidmət etmək, onların qəlb evini işıqlandırmaq və parlaq gələcəklərini təmin etməkdir.
- Digər təhsil mərkəzlərindən fərqiniz nədir?
- İndi öz işini bilən insanların sayı çox azdır. Mən özümə heç kimi rəqib görmürəm. Çünki düşüncə tərzim digərləri ilə eyni deyil. Ən azından biz hər zaman yeniliklər axtarırıq. Təkrar heç ne etmirik. Dərslərimiz, gəzintilərimiz və s. fərqlidir. Bir də ki, verdiyimiz hər bir dərsdə xidmət etmək şüurumuz var. Məncə, bu da fərqli cəhətlərimizdəndir.
- Xarakter olaraq necə birisiniz?
- Hər bir işdə özümdən sonra yaxşı iz qoymağa çalışan insanam.
- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz məqam hansıdır?
- Şükür ki, elə bir şey yoxdur. Nə görmək istəmişəmsə, hamısını həyata keçirtmişəm.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Uşaqları öz istəyimizə uyğun yətişdirməyək. Hər bir uşağın öz potensialı var. O potensialı üzə çıxartmağa və uşaqları o istiqamətdə inkişaf etdirməyə çalışaq. Bir də ki, uşaqları cəmiyyətə bir fərd, bir şəxsiyyət kimi yetişdirək.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən hər bir işi planlı bir şəkildə edirəm, planımda olan hər bir şeyi, Allahın izni ilə etmişəm və etmədiklərini isə zamanı gələndə, edəcəyəm, İnşallah.
Əlaqə nömrəsi: (077) 573 70 00