"Karusel" uşaq bağçasının filialı uşaqların xidmətinə verildi

- Xəyalə xanım, sizin rəhbəri olduğunuz "Karusel" uşaq bağçası Lökbatan qəsəbəsində ilk özəl bağçadır. İyun ayının əvvəli sözügedən bağçanın ikinci filialının açılışı oldu. Bu filialda hansı xidmətlər göstəriləcək?
- Bəli, artıq ikinci filialımız uşalqarın xidmətinə verildi. Birinci bağçada göstərdiyimiz xidmət növlərini burada tətbiq edəcəyik.
- Xidmət üstünlükləriniz hansılardır?
- Bağçanızda həftənin beş günü saat 09:00-18:00-dək işlək vəziyyətdə olacaq. Burada 1-6 yaşadək uşaqlar əylənib öyrənərək vaxt keçirdə bilərlər.
- Bəs qidalanma necə olur?
- Uşaqlar gün ərzində bes dəfə tam təbii qidalarla qidalanacaqlar. Bağçamızın geniş həyəti var. Uşaqlar hər gün açıq havada gəzinti ilə təmin ediləcək.
- Hansı dərs proqramları tədris ediləcək?
- Uşaqlar intellektual biliklərə yiyələnmək üçün gün ərzində erkən inkişaf proqramı, Montessori, riyazi biliklər, ətraf aləm, nitq inkişafı, art terapiyalar, maraqlı oyunlar, teatr saatları, şahmat, gimnastika, rəqs və s. kimi məşğuliyyətlər ilə əylənərək öyrənə bilərlər. Proqram Azərbaycan, Rus və İngilis dillərində tədris olunur. Ən əsası valideynlər bütün bunları online kamera ilə gün ərzində kəsintisiz izləyə biləcəklər.
- Son olaraq nə demək istərdiniz?
- Valideynlərə demək istərdim ki, biz xidmətin ən keyfiyyətlisini təqdim edirik. Uşaqlarla işləməkdən zövq alırıq və işimizlə qürur duyuruq.
Uşaqlarınızı əminliklə bizim peşəkar komandaya həvalə edə bilərsiniz. "Karusel" bağçası olaraq hər zaman xidmətinizdəyik!
Əlaqə nömrəsi: (050) 444 16 80
(012) 545 07 72