Müəllim və psixoloq Tutu Məcidova: "Məqsədimiz şəhidlərimizi dünyaya tanıtdırmaqdır"

- Tutu xanım, necə oldu ki, belə bir kitab yazmaq qərarına gəldiniz?
- Mən ixtisasca pedaqoqam. On ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm. Gördüm ki, bizdə tələbələri maarifləndirmək üçün belə bir kitab yoxdur. Hamısı rus yazıçılarının yazdıqları kitablardır. O da ki, çox çətin olur. Mən bu kitabın üzərində 9 il işləmişəm. Hesab edirəm ki, gözəl və maraqlı alınıb. Kitabın son on səhifəsindən çoxu bizim şəhidlərimizə həsr edilib. Biz bu kitabı gələcəkdə ingilis-dilində tərcümə etdirib, dünyanın bir neçə ölkəsində tanıtdırmağı da planlaşdırmışıq. Məqsədimiz şəhidlərimizi dünyaya tanıtdırmaqdır.
- Kitabın əsas mövzusu nədir?
- Əslində bizə hər bir dili təkmilləşdirmək üçün bir vəsait lazımdır. Mənim kitabımdakı mövzular real hadisələrə əsaslanıb və sadə dildə yazılıb. Bu kitab vasitəsilə həm dil biliyinin artırmaq, həm də maariflənmək olar. Kitabın sloqanı da "Məndən sonra müəllimin mənəm"dir.
- Kitab hansı yaş qrupuna aid oxucular üçün nəzərdə tutulub?
- Yaş məhdudiyyəti yoxdur. Fərqimiz də budur. Bu kitab mənim üçüncü kitabımdır. İlk iki kitabım dərslik olub. Bu isə ədəbi yöndədir. Mən kitaba bir yazar olaraq deyil, hər kəsin gözü ilə baxıram. Hesab edirəm ki, hər kəs mənim düşündüyümü düşünür.
- Kitab neçə nüsxə olacaq?
- Biz ilkin olaraq 40 nüsxə nəzərdə tutmuşuq.
- Xarakter olaraq necə birisiniz?
- Çox səbrli bir insanam. Kitabı işləyərkən ətrafımdakı komanda da bunun şahidi oldu. Qeyd edim ki, bu kitabın ərsəyə gəlməsində bizə heç kim kömək olmadı. Hər şeyi özümüz etdik. Mən və ətrafımdakı böyük ürəyə sahib olan komandamın gənc üzvləri.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir rahatlığı sevən bir millətik. Eyniləşməyə öyrəşmişik. Mən bu eyniləşməyə "yox" deyirəm. Fərqlilyi sevən bir insanam.
- Ümumiyyətlə, kitab yazmaq həvəsi sizdə necə yarandı?
- Qeyd etdiyim kimi, mən bizdə olan dərslikləri və vəsaitləri daha sadələsdirilmis formaya salmaq istədim. Bu ideaya ilə yola çıxdım və kitablar yazmağa başladım. Düşünürəm ki, kifayət qədər uğurlu alındı.
- Oxuculara nə məsləhət görürsünüz?
- Özünü inkişaf etdirmək istəyən hər bir kəs mənim kitabımdan bəhrələnə bilər. Hər kəsi bu kitabdan faydalanmağa səsləyirəm.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, qısa zaman kəsiyində bu qədər uğur qazanaram və işlərim bu qədər yaxşı gedər.
Əlaqə nömrəsi: (055) 946 41 75