"Alphabet Kids" mərkəzinin təsisçisi və rəhbəri Könül Azimi: "Uşaqların söz azadlığının əlindən alınmasının əleyhinəyəm"

- Könül xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlməkdə əsas məqsədim uşaqları düzgün yönəltmək və onların inkişafını artırmaq oldu. Onların gələcəkdə yaxşı bir şəxsiyyət kimi formalaşmasını görmək istədiyim üçün bu sahəyə gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Altı ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Artıq üç aydır ki, təhsil mərkəzinin açmışam.
- Rəhbəri olduğunuz mərkəzdə uşaqlara hansı xidmətlər göstərilir?
- Burada erkən inkişaf, məktəbə qədər və ibtidai sinif proqramları, eyni zamanda riyaziyyatdan təkmilləşdirmə proqramları keçilir. Ən əsası isə usaqların dil biliyini artırmaq üçün Cambridge English proqramı tədris edilir. Qeyd edim ki, uşaqların sosial fəallığını artırmaq və dəstəkləmək üçün turlar və master-klaslar da təşkil edirik.
- Digər təhsil mərkəzlərindən fərqinizi nədə görürsünüz?
- Biz sşaqların demokratik və sosial mühitdə böyüməsini təmin edirik. Onlara öz fikirlərini azad şəkildə bildirmələri üçün şərait yaradırıq. Hər bir uşağa indivudual yanaşırıq.
- Mərkəzimizə neçə yaşdan etibarən usaqlar qəbul edilir?
- Üç yaşdan etibarən uşaqlar qəbul edirik.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən vacib olan məsuliyyətli, disiplinli və inkişaf yönümlü olmaqdır.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Uşaqların söz azadlığının əllərindən alınmasına və məsuliyyətsizliyi qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq nəcə birisiniz?
- Disiplinli və idealist biriyəm. Mən hər bir şeyin mükəmməlini etmək istəyirəm.
- Ailəlisinizmi?
- Ailəliyəm, bir övladım var.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Demək isteyirəm ki, uşaqlarınıza zaman ayırın. Onların sosial inkişafını təmin etmək üçün yatırım edin. Uşaqların inkişafını dəstəkləyən bir çox layihələr var. Onlardan biri də bizim mərkəz - "Alphabet Kids" mərkəzidir. Bizə qoşulun!
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Əslində mən uğur qazanacağım bilirdim. Ağlıma nə gəlirdisə, o da başıma gəldi (gülür).
Əlaqə nömrəsi: (070) 515 00 56