Psixoloq Səbinə İbrahimli: "Bu qədər insanın həyatına toxunacağım ağlıma gəlməzdi"

- Səbinə xanım, necə oldu ki, psixoloq oldunuz?
- Psixologiya hər zaman mənim diqqət mərkəzində olub. İnsanlarla ünsiyyətdə olmağı, onların fikirlərini dinləməyi çox sevmişəm. Bu maraq məni psixologiya sahəsi üzrə təhsil almağa yönləndirdi. Təhsilimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya fakültəsində aldım. Hal-hazırda psixoloq olaraq fəaliyyət göstərirəm.
- Neçə ildir ki, fəaliyyət göstərirsiniz?
- Artıq dörd ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət olur?
- Son zamanlarda müxtəlif problemlərlə bağlı müraciətlər olur. Amma daha çox ailədaxili problemləri, depressiyaları və s. müşahidə edirik.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Şiddətə, zorakılığa və istismara "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Məqsədyönlü biriyəm. Öz məqsədlərimi reallaşdırmağa çox sevirəm.
- Ailəlsinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Öz patensiallarına inansınlar, özlərinə dəyər versinlər və özlərini inkişaf etdirsinlər. Hər zaman hədəf müəyyənləşdirsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər insanın həyatına toxunacağam və bu qədər insan tanıyacagam.
Əlaqə nömrəsi: (055) 475 87 95
(055) 779 87 07