Qalıcı makiyaj uzmanı, Azərbaycanda "Qolora" firmasının rəsmi distubiteri Vəfa İbrahimzadə: "Mənim üçün əsas olan gördüyüm işin nəticəsini almaqdır"

- Vəfa xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən ixtisasca musiqi müəllimiyəm. Bu peşəni ailə qurduqdan sonra seçmişəm. Əvvəlcə vizajist, saç ustası və s.kimi fəaliyyət göstərmişəm. Sonra özümə gəlinlik dükanları açdım. Biznesimi böyütdüm. Daha sonra qalıcı makiyaj üzrə bir çox ölkədə təlimlər aldım. Özümü inkişaf etdirdim. Hal-hazirda fəaliyyətimi sevə-sevə davam etdirirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 25 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İndi qalıcı makiyaj və tük əkimi ilə məşğul oluram.
- Son zamanlarda sizə daha çox nə ilə məşğul olursunuz?
- Son zamanlarda daha çox qalıcı makiyaj ilə bağlı müraciətlər olur.
- Yalnız xanımlarla calisirsiniz? Yoxsa bəy müstəriləriniz də var?
- Bəy müştərilərim də olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən işimə çox bağlı bir insanam. Mənim üçün maddiyyatdan qabaq gördüyüm işin nəticəsini almaqdır.
- Nəyə "yox" deyirsiniz?
- Problemli insanlarla işləməyə "yox" deyirəm. Təəssüflər olsun ki, belə insanların sayı çoxalıb.
- Xarakter olaraq necə birisiniz?
- Normalda deyib gülməyi xoşlayıram, amma işimdə ciddi biriyəm.
- Tələbələrimiz varmı?
- Bəli, kifayət qədər tələbəm var.
- Yaxşı bir usta olmaq üçün nə etmək lazımdır?
- Sağlam işləmək lazımdır. Pul xətrinə ucuz, keyfiyyətsiz məhsullarla işləmək olmaz. Hər şeyin ən gözəlini etmək lazımdır.
- Qaş bir xanımı simasına nə dərəcədə rol oynayır?
- Qaş çox vacib rol oynayır. Amma təbiiliyi qoruyub saxlamaq şərti ilə.
- Xanımlara nə məsləhət görürsünüz?
- Çalısaq ki, təbiiliyimizi və saflığımızı itirməyək. Hər zaman dürüst olaq.
- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi demərəm. Çünki mən çox çalışqan insanam. Hər işdə də uğur qazanıram. Ümid edirəm ki, daha irəli gedəcəyəm. Gözüm hər zaman yüksəklərdə olub. Ağlımdan və ürəyimdən nə keçirtmişəmsə, onu da etmişəm.
Əlaqə nömrəsi: (055) 838 78 76