Yaşam koçu Raifə Rəhimova: "Təbəssüm ən gözəl sədəqədir"

- Raifə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Həqiqətən bu sahə ilə heç maraqlanmamış, heç anlayışı olmayan biri idim. Bir rəfiqəm mənə bəhs etmişdi ama etiraf edirəm bu qədər güclü bir elm olduğuna inanmamışdım.
Bir müddət sonra Access The Bars təlimi reklam olaraq instaqramda qarşıma çıxdı yeni biliklərə açıq biri olaraq elə 3 saniyədə qərar verdim ki, gedim görüm necə bir təlimdir, elmdir.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Fiziksəl olaraq 1 il 3 aydır çalışıram. Amma ilk təlimdə olduğum zaman anladım ki, Rəbbim məni məhz elə bu elmlər üçün yetişdirib.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Access The Bars, Thetahealing, Kvant təmizləmə, Reqressiya, Numerologiya və Aromaterapiya ilə məşğulam.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ümumiyyətlə mənə ən çox ailə münasitləri (ər-arvad, qaynana-gəlin) və rahatlıq, hüzur axtaranlar daha çoxdur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Hal-hazırda bu elmlərə maraq çoxalıb. “Azad İradə”yə heç diqqət etmirlər. Hər bir insanın azad iradəsi var sevgi yükləməsi xaric, heç bir şəkildə özünün icazəsi olmadan hər hansı bir terapi uyqulamaq olmaz.
- Xarakter olaraq nəcə birisiniz?
- Gülərüz, sevimli, qayğıkeş, səbrli, bəzən sərt, daha yaxşı məni tanıyanlar deyə bilər.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm, iki oğlum var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculardan rica edirəm ki, hal-hazırda terapist seçimində çox diqqətli, seçici olsunlar.
Yalnız pozitiv düşünsünlər, daima gülərüz olsunlar.Təbəssüm ən gözəl sədəqədir. Kainatdan gələn mesajların fərqində olsunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu suala fərqli cavab vermək istəyirəm. Mən işi yox, İş məni seçdi. İllərlə fərqli istiqamətlərdə, fərqli biliklərə yiyələnmişəm, daima ətrafımdakı hər kəs mən özümü dərk edəndən yalnız bir söz deyirdi, Raifə sən psixoloq olmalı idin. Ağlıma gəlməzdi ki, mən nə zamansa Şüuraltı Terapist olum.
İşimi çox sevirəm, sevərək təqdim edirəm, şükürlər olsun.
Əlaqə nömrəsi: (070) 825 08 22