"SaRus kids" uşaq bağçasının qurucusu, rəhbəri Zinyət Mirzəyeva: "İnanmazdım ki, uşaqların sevgisini bu qədər qazana bilərəm"

- Zinyət xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən ixtisasca ali təhsilli həkiməm. İki il bu sahə üzrə fəaliyyət göstərmişəm. Amma hər zaman təhsillə bağlı bir iş qurmaq istəmişəm. İki il bundan qabaq qərara gəldim ki, özümə bir biznes qurum. Beləliklə, belə bir uşaq bağçasını açdım.
- Neçə ildir ki, fəaliyyətdəsiniz?
- Artıq iki ilə yaxındır ki, fəaliyyət göstəririk.
- Rəhbəri olduğunuz bağçada uşaqlara hansı xidmətlər göstərilir?
- Biz həm bağça, həm tədris müəssisəsi kimi fəaliyyət göstəririk. Burada uşaqlar müxtəlif yaşa görə müxtəlif qruplara bölünüblər. Təhsilə və bağçaya aid bütün xidmətləri göstəririk. Eyni zamanda, rəqs, rəsm, şahmat və s. dərnəklərimiz də fəaliyyət göstərir.
- Hansı yaş qrupuna aid uşaqları qəbul edirsiniz?
- Bir yaş yarımdan altı yaşa qədər uşaqları qəbul edirik.
- Digər bağçalardan fərqiniz nədir?
- Bizdə yeməkxana ayrıdır. Yeməkxanada kamera sistemi də quraşdırılıb. Qidalarmız tam təbii qidalardır. Bundan başqa, bağçamızın istilik sistemi çox yaxşıdır. Döşəmələrimiz isti döşəmələrdir.
- Xarakter olaraq necə birisiniz?
- Çox mülayim biriyəm. Uşaqlarla vaxt keçirməyi və istədiyimə nail olmaq üçün axıra qədər mübarizə aparmağı sevən insanam.
- Bir mutəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Uşaqlara psixoloji travmanın yaşadılmasına və onları basqı altında yaşamağa məcbur etməyə qəti surətdə "yox", deyirəm.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Öz uşaqlarını bağcaya qoyarkən yaxşı araşdırsınlar. Təhsili olmayan bağça rəhbərlərinə müraciət etməsinlər. Bu, çox vacib bir məqamdır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, qısa zamanda valideynlərin və uşaqların sevgisini bu qədər qazana bilərəm.
Əlaqə nömrəsi: (055) 889 42 12