"GR" tədris mərkəzinin rəhbəri Gülnar Yusubova: "Valideynlər övladlarının təhsilinə kapital qoymağı bacarmalıdır"

- Gülnar xanım, necə oldu ki, belə bir tədris müəssisəsi yaratdınız?
- Demək olar ki, təsadüf nəticəsində oldu. Özüm ixtisasca pedaqoqam. Müəllim yoldaşlarımı ətrafıma yığıb belə bir mərkəz açdım.
- Neçə ildir ki, fəaliyyət göstərirsiniz?
- Artıq bir ildir ki, fəaliyyət göstəririk.
- İş prinsipiniz nədir?
- Dürüstlük və mehribançılıq mənim üçün ən birinci, ən vacib məsələdir.
- Rəhbəri olduğunuz mərkəzdə uşaqlara hansı xidmətlər göstərilir.
- Yerimizin kiçik olmağına baxmayaraq, çox keyfiyyətli işlər görürük. Burada uşaqlara məktəbəqədər təhsil, orta məktəb dərslikləri və s. tədris olunur. Hətta ielts, informatika, sertifikasiya, abituriyent hazırlıqları da keçirilir. Bundan başqa, uşaqlarla loqoped və psixoloqlar da məşğul olurlar. Onu da qeyd edim ki, rəsm, musiqi, şahmat dərnəklərimiz də fəaliyyət göstərir.
- Digər təhsil mərkəzlərindən fərqiniz nədir?
- Müəllimlərin şagirdlərlə gülərüz və səmimi davranışları bizi hər zaman fərqləndirib.
- Nəticlərinizi necə müddətdən sonra əldə edirsiniz?
- İlk on beş gün bizə bəs edir ki, uşaqlar buraya öyrənsinlər və buranı sevsinlər. Bu da mənə stimul verir.
- Özünüz xarakter olaraq necə birisiniz?
- Dəqiqliyə çox fikir verirəm. Amma bəzən buna görə özümü qınayıram (gülür).
- Nəyə "yox", deyirsiniz?
- Müşahidəçiliyi çox sevirəm. Həmin an qərar vermirəm. Ona görə də çox vaxt heç nəyə dərhal "yox" deyə bilmirəm.
- Valdiynlərə nə məsləhət görürsünüz?
- Valideynlər övladlarının təhsilinə kapital qoymağı bacarmalıdır. Onların istedadını vaxtında üzə çıxartmalıdırlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,..Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mənim belə gözəl bir kollektivim olacaq.
Əlaqə nömrəsi: (055) 469 99 59