Loqoped-defektoloq Sevinc Hüseynova: "Hər bir müəllim uşaqla oynamağı bacarmalıdır"

- Sevinc xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu peşəni planlı şəkildə sevməmişəm. Səbrsiz olduğum üçün düşünürdüm ki, məndə alınmaz. Amma ikinci kursdan etibarən bu peşəyə sevgim artdı. Sanki bu peşə menim üçün yaradılıb. Universiteti bitirdikdən sonra bir müddət loqopedik mərkəzlərdə könüllü olaraq işlədim. Uşaqlarla ünsiyyətdə olmaq çox xoşuma gəlirdi. Bir müddət sonra isə uşaqlara fərdi dərslər vərməyə başladım. Hal- hazırda fəaliyyətimi davam etdirirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Uzun müddətdir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mənim sahəm nitqində problem olan insanlarla bağlıdır. İnsanların nitqindəki qüsurları aradan qaldırmaq üçün çalışırıq. Bundan başqa, bu sahənin inkişafı üçün mütəmadi olaraq təmənnasız seminarlar verib insanları maarifləndiririk.
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- Konkret yaş həddi yoxdur. Demək olar ki, hər yaş qrupuna aid insanları qəbul edirik. Amma daha çox hədəfimiz azyaşlı uşaqlardır.
- Son zamanlarda daha çox hansı problemləri müşahidə edirsiniz?
- Daha çox nitq ləngiməsi halları müşahidə edirik. Bunun da əsas səbəbi uşaqların telefona olan aludəçiliyi və s. səbəblərdir.
- İş prinsipiniz nədən ibarətdir?
- Loqopedia fantaziya sənətidir. Usalqlar bizim işimizi fərqində olmadan (oynaya-oynaya) öyrənməlidir. Hər bir müəllim uşaqla oynamağı bacarmalıdır. Bir də uşaqlara müəyyən qədər sərbəstlik vermək lazımdır. Əsas iş prinsiplərimiz budur.
- Xarakter olaraq necə birisiniz?
- Həssas, emosional və pozitiv biriyəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Valideynlərə səslənmək istəyirəm. Uşaqlara sərbəstlik versinlər. Onlara sakit qalmaqları üçün mobil telefon verməsinlər. Bu da çox böyük fəsadlara yol açır.
- Oxuculara nə məsləhət verərdiniz?
- Çox oxusunlar. Boş zamanlarında yox, məhz kitab oxumaq üçün zaman ayırsınlar. Çünki kitab insanın öz səhvini görməyə kömək edir.
- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Uşaqları bu qədər çox sevəcəyim və onların hər halına dözə biləcəyim ağlıma gəlməzdi.
Əlaqə nömrəsi: (077) 322 78 08
Instagram: loqoped_sevinc_hüseynova._