"Legend school" un rəhbəri Əfsanə Əliyeva: "Şagirdlərin bacarıqlarını üzə çıxartmaq əsas iş prinsipimizdir"

- Əfsanə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən ali məktəbi bitirən kimi 2003-cu ildən etibarən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində müəllim kimi fəaliyyətə başladım. 2020-ci ilə qədər həmin təhsil ocağında işlədim. Orada işləyə-işləyə çox böyük təcrübə qazandım. Çünki ən patensiallı müəllimlər həmin məktəbə cəlb edilmişdi. Mən həmin illərdə həmişə düşünürdüm ki, nə zamansa özum bir təhsil mərkəzi yaradacağam. Şükür ki, arzuma çatdım.
- Artıq neçə ildir ki, fəaliyyət göstərirsiniz?
- Mən pedaqoq olaraq 20 ildir fəaliyyət göstərirəm. Amma təsis işi olduğum bu mərkəz bir ildir ki, fəaliyyətdədir.
- Mərkəzinizdə uşaqlara hansı xidmətlər göstərilir?
- Üç yaşdan başlayaraq erkən inkişaf, məktəbəqədər təhsil, ibtidai təhsil, abituriyent hazırlığı və s. xidmətlərimiz var. Bundan başqa, mərkəzimizdə rəqs, gimnastika, rəsm dərnəkləri fəaliyyət göstərir. Gələcəkdə rus və ingilis-dili ilə yanaşı alman-dilinin tədrisini də planlaşdırırıq.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən hər zaman keyfiyyətli iş görməyə alışmışam. Həmişə bunun üçün çalışmışam. İllər boyu qazandığım təcrübəni burada da tətbiq edirəm. Şagirdlərə bilik verməklə yanaşı, onların bacarıqlarını üzə çıxartmaq əsas iş prinsipimizdir.
- Sizin mərkəziniz digər təhsil mərkəzlərindən nə ilə fərqlənir?
- Biz çalışırıq ki, şagirdlərə həyati bacarıqları öyrədək. Bu yöndə təlimlər veririk. Bəlkə də əsas fərqimiz budur.
- Xarakter olaraq necə birisiniz?
- İşimi çox sevirəm. Təhsil mənim ayrılmaz bir hissəmdir. Hər zaman fərqlənmək istəyən bir insanam. Çalışıram ki, hər işin öhdəsindən maksimum dərəcədə gəlim. Vicdanlı və ədalətli olmaq mənim üçün çox vacibdir.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Demək istəyirəm ki, dünya sırf təhsillə irəli gedir. Valideynlər istəyirlər ki, övladları yaxşı yerdə oxusun və qiymətləri yüksək olsun. Amma valideynlərə demək istəyirəm ki, övladlarına fərd olaraq yanaşsınlar və onların istedadlarını üzə çıxartsınlar. Ən əsası isə cəmiyyətə faydalı insan yetişdirməyə çalışsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bir gün mən də öz məktəbimi yarada bilərəm.
Əlaqə nömrəsi: (055) 554 25 65