Beynəlxalq dərəcəli mütəxəssis, pedaqoq Samirə Teymurova: "Xaricdə oxumaq çox fərqli bir hisdir"

- Samirə xanım, necə oldu ki, belə bir tədirs müəssisəsini yaratdınız?
- Mən özüm 25 ildir ki, pedaqoq kimi fəaliyyət göstərirəm. Bir çox vəzifələrdə çalışmışam. Hətta 2013-cü ildə ilin ən yaxşı müəllimi seçilmişəm. Saysız-hesabsız beynəlxalq sertifikatlar almışam. İngiltərədə təsdiq olunmuş "Jolly Phonics" adlı bir proqram var. Onun Azərbaycanda rəsmi və yeganə nümayəndəsiyəm. Müəllimlərə təlimlər verirəm və onlara beynəlxalq sertifikatlar veririk. Qeyd edim ki, bu proqram vasitəsilə dərslər usaqlara əyləncəli şəkildə keçirilir. O ki qaldı belə bir müəssisəni yaratmaq fikrinə, bir gün yoldaşımla qərara gəldik ki, öz mərkəzimizi yaradaq. Daha doğrusu, o israr etdi. "Westminster Educational Center"i yaratdıq. Biz bu mərkəz vasitəsilə tələbələri xaricdə oxumağa göndəririk. Artıq iki tələbəmizi xarici universitetə göndərmək ərəfəsindəyik. Bundan başqa, bizdə yay proqramları da var. Həmin kursların nəzdində uşaqları müxtəlif ölkələrə aparırıq. Orada onlara xarici dil öyrənməkləri üçün hər bir şərait yaradılır. Bu kurslar onların gələcəkdə xarici ölkələrdə təhsil almaq istədikləri zaman onlara müsbət təsir göstərir.
- Dediyiniz yay kurslarına neçə yaşından etibarən uşaqlar qəbul edilir?
- Əslində yaş məhdudiyyəti yoxdur. Amma on yaşından yuxarı uşaqlar üçün kurslar daha çoxdur.
- Rəhbəri olduğunuz təhsil müəssisəsində daha hansı xidmətlər var?
- Hansısa bir fənni öyrənmək istəyən şagirdə fərdi qaydada həmin fənn tədris edilir.
- Nəticələrinizi neçə müddətdən sonra əldə edə bilirsiniz?
- Bu, uşağın bacarığından asılıdır. Amma biz şagirdləri üç aydan sonra müəyyən bir səviyyəyə çatdırırıq.
- Son olaraq nə demək istərdiniz?
- Demək istəyirəm ki, ölkəmizdəki universitetlər çox yaxşıdır. Amma xaricdə oxumaq çox fərqli bir hisdir. Oradakı təhsil tam fərqlidir. Ela uşaq var ki, xaricdə oxumaq istəyir, amma valideyni imkan vermir. Çox istərdim ki, valideynlər övladlarının xaricdə təhsil alması üçün şərait yaratsınlar. Şərait yarada bilməsələr də, ən azından onların yolunu kəsməsinlər. Çünki təhsil millətin gələcəyidir.
Əlaqə nömrəsi: (051) 592 81 18
(050) 332 46 21