"Missiya"təhsil şirkətinin təsisçisi və rəhbəri Mircavid Əhməd: "Müəllimlik peşəsini bu dərəcədə sevəcəyimə inanmazdım"

- Mircavid müəllim, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim elmə, təhsilə marağım hər zaman olub. Orta məktəbi bitirdikdən sonra tarix fakültəsinə qəbul oldum. Universiteti bitirib hərbi xidmətə yollandım. Oradan qayıdıb öz ixtisasım üzrə magistr təhsili aldım. Magistr təhsili aldığım ərəfədə müəllimlərin işə qəbulu imtahanindan keçdim və 20011-ci ildən etibarən Hacıqabuldaki orta məktəblərdən birində tarix müəllimi kimi fəaliyyətə başladım. İşlədikcə bu peşənin nə qədər məsuliyyətli və qürurverici bir peşə olduğunun şahidi oldum. O illərdə çalışdığım qəsəbədə şagirdlərin ali məktəbə imtahan vermək həvəsi yox idi. Amma şükür ki, biz bunu bacara bildik. İndinin özündə də həmin məktəbdən hər il bir neçə şagird ali məktəbə qəbul olur. Qeyd edim ki, həmin ərəfədə Təhsil Nazirliyinin təlimçilik təlimində də iştirak etdim. Nazirliyinin xətti ilə bir neçə rayonda müəllimlərə təlimlər verdik. 2014-cü ildə imtahan verib Bakıda yerləşən 44 saylı orta məktəbdə müəllim kimi dərs demək hüququ qazandım. Eyni zamanda özəl tədris mərkəzlərindən birində də fəaliyyət göstərməyə başladım. 2016-cı ildə isə "Parlaq zəka" tədris mərkəzidən rəhbər vəzifəyə təklif aldım. O təklifi dəyərləndirdim və 2020-ci ilə qədər orada işlədim. 2020-ci ildə isə təsisçisi olduğum "Missiya" təhsil şirkətini qurduq. Fəaliyyətimizə Biləcəri qəsəbəsindən başladıq. Get-gedə filiallarının sayı artdı. Bundan sonra da qarşımızda böyük hədəflərimiz var. Düşünürəm ki, "Missiya" təhsil şirkəti olaraq ölkəmizin təhsili üçün az da olsa, nə isə etməyi bacarmışıq.
- Pedaqoq olaraq neçə ildir fəaliyyət göstərirsiniz?
- Artıq on üç ildir ki, pedaqoq olaraq fəaliyyətdəyəm. Onun üç ili "Missiya" təhsil şirkəti ilə bağlıdır.
- Rəhbəri olduğunuz tədris müəssisəsi şagirdlərə hansı xidmətləri göstərir?
- Bizim tədris müəssisəmizdə ibtidai hazırlıq, məktəbə qədər hazırlıq, buraxılış imtahanı və ali məktəbə qəbul imtahanlarına hazırlıq, eyni zamanda MİQ və magistratura hazırlıqları və s. xidmət göstərir. Bundan başqa,dil kursları, şahmat, rəsm və digər dərnəklərimiz də fəaliyyətdədir.
- İş prinsipiniz nədən ibarətdir?
- Bizim öz dəyərlərimiz var. Mən özüm də bir çox təlimlərdə iştirak etmişəm. Biz əməkdaş seçərkən ilk novbədə onun nə dərəcədə dürüst və doğru insan olduğuna baxırıq. Əsas isprinsipimiz budur. Bundan başqa, özünü inkişaf etdirmək istəyən hər bir əməkdaşa şərait yaradırıq.
- Xarakter olaraq necə birisiniz?
- Mən işə fokuslanan biriyəm. Özümü inkişaf etdirmək də mənim üçün əsas məsələlərdən biridir. Bir də onu deyə bilərəm ki, düzgün olmaq və ədalət prinsipini qorumaq mənim üçün çox vacibdir.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Milli dəyərlərimizə zidd olan hər bir şeyə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- İndi texnalogiya əsridir. Uşaqlar digitallaşıblar. Biz illər öncə videynlərimizin bizimlə davrandığı kimi indi öz övladlarımızla davrana bilmərik. Ümumiyyətlə, hər bir valideyn övladının təhsili ilə maraqlanmalıdır. Amma onu sıxmamalıdır. Yalnız istiqamət verməlidir. Valideyn övladı ilə daha çox vaxt keçirtməlidir ki, onun arzularını və istəklərini bilə bilsin. Bir də ki, övladların ixtisas seçimində sərbəst buraxsınlar. Onların fikirlərinə hörmətlə yanaşsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünün tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu müəllimlik peşəsini bu dərəcədə sevərəm.
Əlaqə nömrəsi: (070) 501 44 24