"Poçemuçka" mərkəzin direktoru, metodist Elza Rəhimova: "Bu işin bu qədər çətin olacağı ağlıma gəlməzdi"

- Elza xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən məktəbdə oxuduğum illər ərzində həmişə müəllim olmağı arzulamışam. 257 nömrəli məktəbdə işləmişəm. Sonra Rusiyaya getdim və orada öz tədris mərkəzimi açdım. Hər şey oradan başladı. 12 il bundan öncə Rusiya Federasiyasından Bakıya gəldim. Tədris mərkəzlərinin birində müəllim kimi işləməyə başladım. Sonra öz tədris mərkəzimi açmağı qərara aldım. Şükürlər olsun ki, istəyimə nail oldum.
- Artıq neçə ildir ki, bu sahə fəaliyyət göstərirsiniz?
- On iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Ümumilikdə isə 25 ildir ki, pedaqoq kimi çalışıram.
- Mərkəzinizdə uşaqlara hansı xidmətlər göstərilir?
- Biz üç yaşından etibarən uşaqları məktəbəqədər kurslarımıza cəlb edirik. Bundan başqa, birinci sinifdən dördüncü sinifə qədər də hazırlıq proqramları tədris edirik. Onu da qeyd edim ki, şahmat, rəsm, ingilis-dili dərnəklərimiz də fəaliyyət göstərir.
- Tədris hansı dillərdə aparılır?
- Azərbaycan və rus dillərində aparılır.
- İş prinsipiniz nədən ibarətdir?
- Mən öz işim üzrə prinsipial və tələbkaram. Əsas iş prinsipim budur.
- Bir pedaqoq olaraq nəyə "yox" deyirsiniz?
- Mən fərqli uşaqlarla da işləyirəm. Mənə müraciət edən heç bir uşağa "yox" demirəm. Şükür ki, nəticələrimiz də yüksəkdir.
- Xarakter olaraq necə birisiniz?
- Həm özümə, həm də işçilərimə qarşı çox tələbkaram. Əsas xarakterim budur. Bir də ki, gördüyüm işin nəticəsini əldə etmək üçün sona qədər gedən insanam.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Valideynlərə məsləhət görərdim ki, uşaqlarla çox ünsiyyətdə olsunlar. Onları telefondan mümkün qədər uzaq saxlasınlar. Mən həmisə demişəm ki, dördüncü sinifə qədər uşağın üstündə dayanılmalıdır. Uşaq bilməlidir ki, valideyn də, müəllim də ondan tələb edir. Bəzi validəynlər ele bilir ki, bu tələbkarlıq təkcə müəllim tərəfdən olmalıdır. Amma elə deyil. Bu məsələdə valideynlərin də üzərinə böyük məsuliyyət düşür.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu işin bu qədər çətin tərəfləri olacağı ağlıma gəlməzdi.
Əlaqə nömrəsi: (070) 308 28 31