Dırnaq ustası Faina Yarəhmədova: "Bir xanımın səliqəsi onun dırnağından görünür"

- Faina xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə marağım hər zaman olub. Həmişə xanımların gözəlliklərinə gözəllik qatmaq istəmişəm. Ona görə də, bu sahəyə gəlməyə qərar verdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq dörd ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prisipiniz nədən ibarətdir?
- Mənim özüməməxsus iş üslubum var. Bu da məni həmişə qabağa aparıb.
- Tələbələrimiz varmı?
- Bəli, var.
- Xanımlar sizdən daha çox nə istəyirlər?
- Bir xanımın səliqəsi onun dırnağından görünür. Ona görə də, bu məsələlərdə çox həssasam.
- Xarakter olaraq necə birisiniz?
- Çox mülayim və kövrək bir insanam.
- Xanımlara nə məsləhət görürsünüz?
- Elə kimyəvi maddələr var ki, ona əl vurmaq olmaz. Xanımlar dırnaqlarına qarşı çox diqqətli olmalıdırlar və gigyenik qaydalara riayət etməlidirlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, qısa zaman kəsiyində bu qədər uğur əldə edəcəyəm.
Əlaqə nömrəsi: (050) 595 51 52