Psixo-pedaqoq Hüsniyyə Abbasova: "Qəlibləşməyə" qəti surətdə "yox" deyirəm.
- Hüsniyyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Nədənsə uşaqlıqdan psixoloq olmaq istəyirdim, lakin ailəm ətrafdakı yalnış inanclara görə bu sahəni seçməyimi istəmədi. Çünki bizim cəmiyyətdə psixoloqa "psixi saglam olmayan" insanlar gedir düşüncəsi var. Artıq yavaş-yavaş bu düşüncə dəyişməyə başlayıb. Buna görə də öz qarşıma qoyduğum məqsədin arxasıyca getməyə başladım.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq dord ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Yenə də təlimlər almağa davam edirəm. Artıq özüm də valideynlər və müəllimlər üçün təlimlər verirəm. Bununla yanaşı, uşaq inkişafı, uşaq və yeniyetmə psixologiyası ilə bağlı bir çox beynəlxalq kursları, təlimləri bitirmişəm. Hələ də özümü inkişaf etdirməyə davam edirəm. Bu sahə elə bir sahədir ki, nə qədər oxusan da yenə oxuyub araşdırmağa davam edirsen.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda müraciət edənlər arasında davranış pozunutusu, aqressiya, özgüvən əksikliyi və xüsusi qayğıya ehtiyacı olan uşaqlar var.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir mütəxəssis olaraq, "qəlibləşməyə" yox deyirəm. Bildiyimiz klassik müəllim anlayışından sonra düzgün psixoloq və pedaqoqların cəmiyyətin işıqlı yolu olduğuna inanıram. Bu yolda şagirdlərimin valideynlərindən müsbət geridönüşlər alaraq irəliləyirəm.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu iş bu qədər məsuliyyətli bir iş olar. Nəzəriyyə və praktikamı davamlı inkişaf etdirdikcə daha çox üfüqlər (vision) görə bilirəm.
Əlaqə nömrəsi: (050) 760 06 43












