Fizioterapevt Nuriyyə Əlibəyli: "Pasiyentlərə pul mənbəyi kimi baxılmasına qəti surətdə "yox" deyirəm"

- Nuriyyə xanım, necə oldu ki, həkim oldunuz?
- Həkim olmaq uşaqlıq arzum olub. Amma ədəbiyyata da marağım olub. Seçim arasında qalmışdım. Amma sonda həkimliyi seçdim. Yaxşi ki, həkim oldum. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 20 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənin üzrə hansı işləri icra edirsiniz?
- Fizioterapiya geniş bir sahədir. Tibbin bütün bölmələrindən bizə müraciətlər olur. Amma bu gün daha çox dayaq-hərəkət sistemi xəstəliklərində homeosiniatriya, biopunktira, neural terapiya, akupunktura, proloterapiya kimi müalicə üsullarından geniş istifadə edirəm.
- Xarakter olaraq necə birisiniz?
- Deyilənə görə, çox mülayim və səbrli insanam. Hər kəsi səbrlə sonuna qədər dinləməyi bacarıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Pasiyentlərə pul mənbəyi kimi baxılmasına qəti surətdə "yox" deyirəm.
- Oxuculara nə tövsiyyə edərdiz?
- Aktiv həyat tərzi keçirsinlər, sağlam qidalansinlar, stressdən uzaq olsunlar. Bir də ki, ildə ən azı iki dəfə profilaktik müayinələrdən keçsinlər..
- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki, bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər çətin və məsuliyyət tələb olunan işi bu dərəcədə sevərəm.
Əlaqə nömrəsi: (050) 351 11 54