Müalicəvi idman mütəxəssisi Ülkər Əliyeva: "Valideynlərin xəstə uşaqlara qarşı olan laqeydliklərinə qəti surətdə "yox" deyirəm"
- Ülkər xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən bu işə uzun illər öncə başamısam. İlk təhsilimi iki nömrəli tibb məktəbində aldıqdan sonra müxtəlif ölkələrdə kurslar keçərək bu sahə üzrə mütəxəssis oldum. Hal-hazırda Milli İdman Tibbi Reabilitasiya Mərkəzinin işçisiyəm. Biz insanların fizioloji sağlamlıqları uğrunda mübarizə aparırıq. Müalicəvi bədə tərbiyəsi ( fizioterapiya, manual terapiya, müalicəvi massaj və s.) ilə məşğul oluram. Fizeoloji qamət qüsurları olan insanlarla işləyirəm. Bir çox xəstəliklərin müalicəvi idman vasitəsilə aradan qalxmasına kömək edirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on dörd ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- Bizdə yaş məhdudiyyəti yoxdur.
- Son zamanlarda daha çox hansı problemlərlə bağlı müraciətlər alırsınız?
- Uşaq serebral iflicləri ilə daha çox rastlaşırıq. Bundan başqa, kifoz və skaliroz xəstəlikləri də geniş yayılıb. Biz bu xəstəlikləri müalicəvi idman vasitəsilə onların sağalması üçün əlimizdən gələni edirik.
- Xarakter olaraq necə birisiniz?
- Həm şəxsi həyatımda, həm də işimdə ədalətliyəm. Hər bir məsələdə balansı qorumağı bacaran insansam.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz
- Valideynlərin xəstə uşaqlara qarşı olan laqeydliklərinə qəti surətdə "yox" deyirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Əsəbdən və stressdən uzaq olsunlar. Həyata sağlam övlad gətirsinlər. Çünki sağlamlığı pul ilə almaq olmur.
- Ülkər xanım, bizdə olan məlumata görə, sizi bir çox qazilərimizin sağalmasında müstəsna rolunuz var...
- Bəli, mən bunu deməyi özümə borc bilirəm. Vətən müharibəsi zamanı yaralanan qazilərimiz və şəhid övladlarli ilə işləmək mənim üçün çox qürurvericidir. Nə xoş mənim halma ki, bu gün onların sağalmasında mənim də bir payım və rolum var. Bundan sonra da əlimdən gələni etməyə hər an hazıram.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bu isə bu qədər bağlanacağam.
Əlaqə nömrəsi: (051) 931 23 87














