"Camelot kids school"un təsisçisi və rəhbəri Cəmilə Quliyevə: "Valideynlər uşaqlarına öz sevgilərini etiraf etməkdən çəkinməsinlər"
- Cəmilə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Müəllim olmaq uşaqlıq arzum olub. İlk təhsilim ibtidai sinif müəllimliyidir. Dövlət məkbətlərinin birində çalışmışam. İkinci təhsilimi psixologiya üzrə almışam. Hem uşaqlarla, həm böyüklərlə işləyirdim. Bir müddət sonra öz biznesimi qurmaq qərarına gəldim. 2006-cı ildə öz mərkəzimi açdım. Hal-hazırda öz fəaliyyətimi sürətli oxu mütəxəssisi və psixoloq kimi davam etdirirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 20 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox autizm xəstəliyi olan uşaqlarla işləməyə üstünlük vermişəm. O uşaqlara kömək mövzusunda bir kitab da yazıram. Bir çox psixologiya kitablarının müəllifiyəm.
- İş prinsipimiz nədən ibarətdir?
- Mənim üçün vacib olan uşaqların rahatlığıdır. Eyni zamanda valideynlərin da istəklərini nəzərə almaq əsas iş prinsipimizdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Uşaqların həddindən artıq ərköyün böyüdülməsinə qəti surətdə "yox" deyirəm. Bir də ki, uşaqların texnologiyaya həddindən artıq meyllenməsinin əleyhinəyəm.
- Xarakter olaraq necə birisiniz?
- Hər kəsi yaxşı tərəfdən görməyi bacaran və mülayim biriyəm.
- Mərkəzinizdə uşaqlara hansı xidmətlər göstərilir?
- Bu mərkəz uşaqların rahatlığı üçün nəzərdə tutulub. Burada onların əylənərək dərs oxumaları üçün hər bir şərait yaradılıb. Onları hər növ qida ilə təmin edirik. Eyni zamanda, dayə xidmətlərimiz da var.
- Hansı yaş qrupuna aid uşaqları qəbul edirsiniz?
- Yaş məhdudiyyəti yoxdur.
- Oxuculara nə məsləhət görürsünüz?
- Həm müəllim, həm də psixoloq kimi məsləhət görürəm ki, uşaqlarına etibar etsinlər və onları sevsinlər. Həm də öz sevgilərini onlara etiraf etməkdən çəkinməsinlər.
- Mən bu işi səçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, uşaqlardan hər gün nə isə öyrənəcəyəm.
Əlaqə nömrəsi: (051) 760 43 15












