İngilis-dili eksperti Səbinə Hüseynova: "Uşağ təhsili və tərbiyəsi cəmiyyətin fundamental bünövrəsidir"
- Səbinə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib uzun illər beynəlxalq təşkilatlarda işləmişəm: BMT, Böyuk Britaniyanın HSBC bankı, Azərbaycandakı Yaponiya Səfirliyi. Uşaqlarım dörd yaşa çatanda bağça axtarmaga başladım və gördüm ki, demək olar ki, heç bir uyğun bağça yoxdur. Söhbət 2000-ci illərdən gedir. İki-üç özəl bağça var idi. Düşündüm ki, orta təbəqə üçün ingilis təmayüllü bir bağça açım.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Son on beş ildir, dəmək olar ki, uşaq təhsili və əyləncə sektorunda çalışıram. Bu həm maraqlı, həm də kreativ sahədir. Uşağ təhsili və tərbiyəsi cəmiyyətin fundamental bünövrəsidir. Bu sahədə işləyən adamlarda stress də az olur.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Uşaq təhsilini araşdırarkən gördüm ki, uşaqların İngilis-dilinin tədrisində bir çox ciddi boşluqlar var və hazırki məktəb vəsaiti az qala işgəncə xarakteri daşıyır. Kitab bazarındakı bütün dərsliklər və kitablar (vəsaitlər) demək olar ki, sistemsizdir. Qarmaqarışıq və rəngləmərdən ibarətdir. Doğru yol ilə oxuma-yazma qaydaları, şeir və mahnı ilə dili öyrədən heç bir vəsait yox idi. Oturub keçən yay tətilində belə bir dərslik hazırladım.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Uşaqlar ingilis-dilini məktəblərdə öyrənə bilmir. Kitabi görəndə hər bir savadlı adam şahid ola bilər ki, hazırkı kitab - "Happy Campers" heç bir oxuma qaydalarını öyrətmir. Kitab sanki Avstraliya, Afrika, Yeni Zellandiya uşaqları üçün nəzərdə tutulub - ev heyvanları arasında öyrədilən sözlər: alligator, iguana, opossumdur. Həm də müxtəlif ağac qurdlarını və böcəkləri öyrədir. Bu gülünc görünsə də, əslində faicəvidir. Artıq iki ildir ki, bu kitabla uşaqlara ingilis-dili tədris edilir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Uşaq psixologiyasını pozmaq və stressə məruz qoymaq - birdəfəlik bu uşağı, belə deyək ki, gələcək vətəndaşın psixologiyasını pozmaq deməkdir. Ailələrdə valideynlər gördüyüm qədər münasibətlərini uşağın yanında etməməlidir. Məktəbdə isə dərsliklər maraqlı, asan və qavrama üsulu ilə hazırlanmalıdır. Uşaqlar öyrənə bilməyən, stress kecirən və oxumaqdan yan qaçıb, ya da nifrət hissləri olmamalıdır. Bundan başqa, bir qrup valideyn, ya məktəb müəllimi, direktoru var ki, uşaqlarin asudə vaxt, bayram və əyləncəsinə diqqət yetirməsini lazım bilmir. Mərkəzdə yerləşən tanınmış məktəblərdən birinin direktoru mənə ciddi şəkildə etiraz etdi ki, - "Uşaqların nəyinə lazımdır bayram şənliyi?!". Bunun nə demək olduğunu təsəvvür edirsiniz?
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm və ailə dəyərlərinə böyük hörmətim var. Uşaqlarım ilə fəxr edirəm. Oğlum Amerikanın tanınmış universitetlərindən birini öz hesabına oxuyub və əla qiymətlərlə bitirib. Dərhal da böyük korparasiyada işə dəvət edilib. Qızım isə Rəssamlıq Akademiyasında oxuyur. Çəkdiyi şəkillər UNESCO və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.
- Valideynlərə nə məsləhət görürsünüz?
- İşləyən uşaqlı analara demək istəyirəm ki, uşaqlarınızla çox zaman keçirdin. Gözünüzü yumub-açacaqsınız ki, böyüyüblər və artıq size ehtiyacları yoxdur.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, orta məktəb və bağçalar üçün dərslik vəsait yazmalı olacağam. Həmin dərslik indi hazırdı və satışa çıxarılıb. Eyni zamanda Elm və Təhsil Nazirliyinə, başqa lazımı dövlət strukturlarına təqdim olunub. "Happy English for Everyone" adlanan kitab bütün ingilis dili öyrənən insanlar üçün əvəzolunmaz başlanğıc vəsaitdi. 40 oxuma qayda və çalışması var. Bunnan sonra Merfi kitabına keçmək mümkündür.
Əlaqə nömrəsi: (070) 236 71 61 (whatsapp)















