Klinik_Psixoloq Aygün Səfərova serebral iflicdən danışdı
- Aygün xanım, serebral iflic nədir? Bu xəstəliyin yaranma nədir?
- Serebral iflici günümüzün ən ağrılı-acılı xəstəliklərindən biridir. Bu xəstəlik ana bətnində olarkən uşaqlarda kalsi və oksigen çatışmazlığı nəticəsində bədən hüceyrələri və sinir sistemlərinin ölməsi nəticəsində əmələ gəlir. Bu da həmin uşaqlarda daha çox yeddi ayından etibarən özünü göstərməyə başlayır. Çünki onda əzələlər inkişaf etməyə başlayır. Bu xəstəlik yarımçıq doğulan uşaqlarda da müsahidə edilir. Bu siyahını uzatmaq da olar.
- Bəs bu xəstəliyə qarşı hansısa bir mübarizə üsulu varmı?
- Əgər valideyn vaxtında üzərinə düşərsə, haradasa bu xəstəliklə mübarizə aparmaq olar.
- Bəs bu xəstəliyin müalicəsi necə aparılır?
- İlkin olaraq müalicəvi bədən terapiyası aparılmalıdır. Bununla yanaşı, psixoloqların, loqopedlərin və pedaqoqların dəstəyi lazımdır. Sonra isə refleksoloji masajlar edilməlidir. Qeyd edim ki, mən Almaniyadan bir alət gətizdirmişəm. Bu da bu xəstəliyin müalicəsində mühüm rol oyanır. Bir də ki, pasiyentə "sən bacaracaqsan!" sözünü tez-tez demək, ona sanki bir psixoloji dəstək vermək mütləqdir.
- Bu mövzu ilə əlaqədar valideynlərə ne demək istərdiniz?
- Valideynlər əgər öz övladlarına hansısa bir qüsuru görürlərsə, mütləq vaxtında həkimə müraciət etməli və müalicə prosedurlarına ara verməlidirlər. Bir də ki, qüsurlu uşaqların olan valideynlər oz övladlarından utanmasınlar. Çünki qüsurlu bir övlad dünyaya gəlirsə, bunun günahkarı haradasa siz özünüzsünüz. Bu da bir sınaqdır. Övladlarınızdan utanmayın və hər zaman onların yanında olun, onlara dəstək olun.
Əlaqə nömrəsi: (051) 530 20 33












