Psixoloq Leyla Fətəli: "Qısa zaman ərzində bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"
- Leyla xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Əslində mənim ilk ixtisasım pianistdir. Bilirsiniz ki, psixologiya ilə musiqi hormoniya təşkil edir. Zaman-zaman psixologiyaya marağım yarandı. İnsanların xarakterlərini ayırd etməyi sevməyim bu sahəyə gəlməyimə bir az da təkan oldu. Hal-hazırda Turkiyədə bakalavr təhsilimi qiyabi olaraq davam etdirirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Hansı yaş qrupuna aid pasiyetnleri qəbul edirsiniz?
- Həm uşaqlarla, həm də böyüklərlə çalışıram. Ümumilikdə ailə tərapistiyəm.
- Son zamanlarda daha çox hansı problemləri müşahidə edirsiniz?
- Daha çox nitq ləngiməsi və psixoloji pozuntulu problemlərə bağlı müraciətlər alırıq.
- Bunların fonunda nə dayanır?
- Daha çox pedaqoji baxımsızlıq, stressi hamiləlik və s. dayanır.
- Hansı üsullarla çalışırsınız?
- Heç bir mərkəzin işlədiyi proqramla işləmirəm. Özüməməxsus üsulun var. Hər uşaqla individual olaraq işləyirəm.
- Həm uşaqlarla, həm də böyüklərlə çalışıram. Ümumilikdə ailə tərapistiyəm.
- Sizi narahat edən məsələ nədir?
- Bəzi valideynler uşaqlarının problemlərini görürlər, amma onu zamanında qəbul etmirlər. Mən bunun əleyhinəyəm. Dəfələrlə həyəcan təbili calmagimiza baxmayaraq, təəssüf ki, məsuliyyətsiz yanaşırlar.
- Xarakter olaraq necə birisiniz?
- O qədər də sərt insan deyiləm. İşimi çox sevirəm. İşimdə məsuliyyətli yəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Valideynlərə demək istəyirəm ki, övladlarınızı ildə ən azı iki dəfə psixologi müayinələrdən keçirsinlər. Bir də ki, uşaqlarını mütləq bağçaya qoysunlar. Çünki bağça uşağın sosiallasmasi üçün çox vacibdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, qısa zaman kəsiyində bu qədər uğur qazanaram.
Əlaqə nömrəsi: (051) 723 96 43















