"Sitarə" uşaq bağçasının rəhbəri Sitarə Həsənova: "Ağlıma gəlməzdi ki, bu qədər sevgi qzanaram"
- Sitarə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim həvəsim tibbə olub. Amma evdən bu sahəyə getməyimə icazə verməyiblər. Halbu ki, tibbə qəbul olmuşdum. Ziyalı və müəllim ailəsində dünyaya gəldiyimə görə, məni də müəllimliyə yönəltdilər. 2005-ci ildə psixologiya, sonra isə Naxçıvanda ibtidai sinif müəllimliyi ixtisasına yiyələndim. Həmin ərəfədə uşaqlara olan sevgim anidən artdı. Uşaq evlərində və bağçalarda illərlə işlədim. Sonra qərara gəldim ki, oz bağçamı açım və şükürlər olsun ki, öz məqsədimə çatdım.
- Neçə müddətdir ki, fəaliyyət göstərirsiniz?
- Hələ yeni başlamışıq.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Bağçamıza 1-6 yaş aralığında olan uşaqları qəbul edirik. Onların inkişaflarını nəzarətdə saxlayırıq. Hər ay onların psixoloji inkişaflarını yoxlayırıq. Əgər hər ay inkişaf müşahidə edilməzsə, əlavə tədbirlər görürük.
- Bağcanızda uşaqlara hansı xidmətlər göstərilir?
- Bizdə Azərbaycan, Rus, İnglis dili qrupları fəaliyyət göstərir. Məqsədimiz uşaqların hansı sahədə istedadlarının olmasını aşkara çıxarmaqdır. Qeyd edim ki, hər bir uşaq bağcamızda altı yaşına qədər qala bilər. Hətta onları məktəbdən sonra da qəbul edirik. Bundan başqa, bizdə rəqs, şahmat və gimnastika dərnəkləri də fəaliyyət göstərir.
- İş prinsipiniz nədən ibarətdir?
- Əməkdaşları seçərkən onların fərdi keyfiyyətlərini nəzərə almaq və işimizdə disiplinli, vicdanlı olmaq əsas iş prinsipimizdir.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, uşaqlarına sərbəstlik versinlər. Onları təkidedilmiş formada böyütməsinlər. Onlara cəmiyyətə uyğunlaşmaq da hərtərəfli dəstək olsunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, uşaqların və valideynlərin sevgisini belə tezliklə qazanaram.
Əlaqə nömrəsi: (077) 502 05 86













