"Mauqli" uşaq bağçasının rəhbəri Ziyafət İsgəndərova: "Hər bir uşağa öz övladımız kimi yanaşmaq əsas prinsipimizdir"
- Ziyafət xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən əvvəl kollecdə müəllim kimi işləmişəm. Həmişə təşkilatı işlərdə fəal olmuşam. Tədbirlər təşkil etmişəm. Bu işlər məni çox cəlb edirdi. Zaman elə gətirdi ki, "Mauqli" adlı bağçanı götürdüm və işlətməyə başladım. Müəyyən müddətdən sonra daha da inkişaf etməyə başladıq və bağçamızdakı uşaqların sayı da artdı. Bu da onlara göstərilən yüksək səviyyəli xidmətin nəticəsində oldu.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Rəhbəri olduğunuz bağçada uşaqlara hansı xidmətlər göstərilir?
- Bizim bağçada Azərbaycan, rus və ingilis dili qrupları var. Tədris peşəkar müəllimlər tərəfindən aparılır. Buradan məzun olan uşaqlar yüksək nəticələrlə məktəblərə qəbul olurlar. Bundan başqa, bağcamızda rəqs, idman, gimnastika, musiqi, rəsm dərnəkləri fəaliyyət göstərir. Əlavə olaraq, loqoped, psixoloq, dərsdən sonra hazırlıq, məktəbəqədər hazırlıq və s. xidmətlərimiz var.
- İş prisipiniz nədən ibarətdir?
- Valideynləri hər bir halda razı salmaq, onların övladlarına övladımız kimi yanaşmaq, onlara qayğı göstərmək əsas iş prinsipimizdir.
- Sizcə, digər bağçalardan üstünlüyünüz nədir?
- Mən bu bağçada dərs deyən müəllimlərlə qürur duyuram. Onların peşəkarlığına güvənirəm. Bir də ki, bizdə uşaqlara verilən qidalar tam təbii olur. Buna çox önəm veririk.
- Hansı yaş qrupuna aid uşaqlar qəbul edirsiniz?
- Bağçamıza müxtəlif yaş qrupuna aid uşaqlar qəbul edilir. Hətta elə qrup var ki, oraya altı aylıq uşaqlar da götürürük. Onlara dayə xidməti göstərilir. Demək olar ki, bütün yaş qrupuna uyğun təlim və tədris verilir.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Düzgün seçim etsinlər. Uşaqlarını güvənli bağçaya qoysunlar. Çünki hər bir uşağın təməli bağçada qoyulur.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, qısa zaman kəsiyində bir bağçamın sayı üçə çatacaq. Əslində bunları təxmini bilirdim. Çünki hər zaman hər bir işin ən gözəlini etməyə çalışıram. Şükürlər olsun ki, bunu hər addımda bacarıram.
Əlaqə nömrəsi: (050) 688 60 11











