Kosmetoloq-estetist Aygün Əzənmədova: "Təbiiliyi qorumaq əsas iş prinsipimdir"
- Aygün xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Qadın gözəlliyi mənim üçün çox önəmlidir. Ona görə də bu sahəni seçmək qərarına gəldim. Xanımların gözəlliklərinə gözəllik qatmaq üçün kosmetoloq oldum.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Üzə aid bütün kosmetoloji prosedurları icra edirəm. Amma cərrahi müdaxilələr etmirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox üz baxımı və burun dolğusu ilə bağlı müraciətlər edirlər. Çünki kompleksdən azad olmaq istəyənlərin sayı kifayət qədərdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bir xanımı süni göstərən bütün prosedurların əleyhinəyəm.
- İs prinspiniz nədən ibarətdir?
- Pasiyentlərin istəklərini nəzərə almaq, təbiiliyi saxlamaq əsas iş prinsipimdir.
- Xarakter olaraq necə birisiniz?
- Hər xarakterin müəbət və mənfi tərəfləri var. Mən bütün insanları gözəl tərəfdən görməyi bacaran, hər şeydə yaxşı tərəf axtaran insanam.
- Tələbələrimiz varmı?
- Bəli, hal-hazırda iki tələbəm var.
- Sizcə, bir xanımın simasını daha da gözəl göstərən nədir?
- Məncə, insanın daxili gözəl olsa, onun simasına da yansıyacaq. O ki, qaldı simaya, ilk növbədə dəri gözəl olmaldır. Dəriyə qulluq mütləqdir.
- Ümumiyyətlə, bir xanım kosmetoloji prosedurlara neçə yaşından etibarən başlamalıdır?
- Üz baxımına görə 18 yaşdan etibarən kiçik toxunuşlar etmək olar. Amma elə prosedurlar var ki, onlara 30 yaşdan sonra başlanılması məsləhətdir.
- Xanımlara nə məsləhət görürsünüz?
- Özlərinə baxsınlar. Öz təbii gözəlliklərini qoruyub saxlamağa çalışsınlar. Kosmetoloq seçərkən onu və işini yaxşı araşdırsınlar.
- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bütün varlığımı bu peşəyə verə bilərəm.
Əlaqə nömrəsi: (055) 316 45 15

















