"Free baby" bağçasının rəhbəri İlahə Sadıqova: "Bizim üçün vacib olan təhsil və tərbiyədir"
- İlahə xanım, necə oldu ki, bu peşəni səçmək qərarına gəldiniz?
- Mən əslində hər zaman psixoloq olmağı arzulayırdım. Bu nöqteyi-nəzərdən uşaqlara meylim çox idi. İlk dəfə bağçaların birində psixoloq olaraq çalışmısam. Daha sonra isə "Free baby" uşaq bağçasında rəhbər olaraq işlədim. Analıq məzuniyyəti ilə əlaqədar olaraq bir müddət işdən uzaqlaşmalı oldum. Zaman keçdi, öz bağçamı yaratdım. Bir müddət orada işlədim. Bir müddətdən sonra müdriyyət yenidən məni buraya dəvət etdi. Hal-hazırda fəaliyyətimi burada davam etdirirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bu on il ərzində nə müşahidə etdiniz?
- Fərqli-fərqli psixologiyaya sahib valideynləri gördüm. Uşaqları gördüm. Onu analiz etdim ki, uşaqların psixologiyasının formalaşmasında da, onların geri qalmasında da bilavasitə valideynlər rol oynayırlar.
- İş prinsipiniz nədən ibarətdir?
- Bizim üçün vacib olan təhsil və tərbiyədir. Uşaqların psixologiyasını məktəbə yönləndirməkdir. Ümumiyyətlə, məktəbə gedən yol bağçadan başlayır.
- Bağçanıza hansı yaş qrupuna aid uşaqlar qəbul edilir.
- Əgər uşaq tam şəkildə sərbəst yeriyə bilirsə, onu qəbul edirik. Konkret yaş məhdudiyyəti yoxdur.
- Onlara hansı xidmətlər təklif edilir?
- Uşaqlara öz dərslərindən əlavə psixologiya, loqoped, rəqs, musiqi, gimnastika, ingilis-dili, şahmat dərsləri də keçirilir.
- Son zamanlarda sizi narahat edən məqam nədir?
- Valideynlərin bizə fərqli yanaşması bizi narahat edir. Bizə tam sərbəstlik vermirlər ki, biz uşaqları istədiyimiz kimi mükəmməl yetişdirək. Bu da bizim üçün bəzi çətinliklər yaradır.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Uşaqlara qarşı şiddətə qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Səhvi bağışlamağı bacarmıram.
- Ailəsinizmi?
- Bəli, ailəliyəm.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, bağçalardan qaçmasınlar. Övladlarını güvənli bağçaya etibar etsinlər. Yaxşı-yaxşı araşdırsınlar. Bir də ki, övladlarının bağça rejiminə nəzarət etsinlər.
Əlaqə nömrəsi: (077) 311 97 07


















