Stilist-vizajist Aynur Kurbanova: "Xanımların görkəmcə kiməsə oxmaşmaq istəməsinin əleyhinəyəm"
- Aynur xanım, necə oldu ki, bu peşəni seçdiniz?
- Bu sahəyə marağım uşaqlıqdan var idi. Ona görə də bu sahəni seçmək qərarına gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on səkkiz ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Xanımların gozəlliklərinə gözəllik qatmaq üçün saça və üzə aid bütün prosedurları icra edirik.
- Xanımlar sizə daha çox nə ilə bağlı müraciətlər edirlər?
- Toylar olanda daha çox saç və makiyaj istəyirlər.
- Son zamanlarda hansı saç forması dəbdədir?
- Xanımlar indi sadə saç düzümünə daha çox üstünlük verirlər.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Xanımların görkəmcə kiməsə oxmaşmaq istəməsinin əleyhinəyəm.
- Xarakter olaraq nəcə birisiniz?
- Çox çətin biriyəm (gülür).
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm.
- Tələbələriniz varmı?
- Bu illər ərzində çox tələbə yetişdirmişəm.
- Xanımlarla işləmək necə bir hissdir?
- Həm çətindir, həm də çox xoşdur (gülür). Amma insan özü işini sevirsə, hər bir kaprizə dözmək olur.
- Xanımlara nə məsləhət görürsünüz?
- Həmişə gözəl və baxımlı olsunlar. Təkcə toydan-toya bəzənməsinlər. Bir qadının sağlamlığı hər şeydən üstündür.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən insanların kaprizlərinə dözə bilərəm.
Əlaqə nömrəsi: (055) 439 32 33














