"Tweety" bağçasının rəhbəri Günel Məmmədli: "Ağlıma gəlməzdi ki, bu qədər sevgi qazanaram"
- Günel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən ixtisasca pedaqoqam. Uşaqlarla işləməyi xoşlayıram. Özum də hər zaman arzulamışam ki, özümə aid bir biznesim olsun. Ona görə də bu bağçanı yaratmaq qərarına gəldim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq bir ildir ki, fəaliyyət göstəririk.
- Bu bağçada uşaqlara hansı xidmətlər təklif edilir? Üstünlüyünüz nədədir?
- Əvvəla, bizim pedaqoqlar çox mükəmməldirlər. Bundan başqa, uşaqların qidalanmasına xüsusi diqqət yetiririk. Bütün qidalar təbiidir. Ayda bir dəfə uşaqların psixoloji diaqnostikası keçirilir. Rus və ingilis dillərinin tədrisinə də üstünlük veririk.
- Hansı yaş qrupuna aid uşaqları qəbul edirsiniz?
- Yerimək iqtidarında olan hər uşağı qəbul edirik. Yaş məhdudiyyəti yoxdur.
- Hansısa bir kampaniya təşkil edirsinizmi?
- Mütəmadi olaraq master-klass və gəzintilər təşkil edirik.
- İş prinsipiniz nədən ibarətdir?
- Ad qazanmaq mənim üçün çox vacibdir.
- Xarakter olaraq necə birisiniz?
- Sevgi dolu, uşaqları çox sevən və mehriban biriyəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Uşaqlara verilən qidalara qatqılar qatılmasına qəti surətdə "yox" deyirəm.
- Bağçanızdakı qiymətlər necədir?
- Bir uşaq üçün ortalama 300-350 manatdan başlayır.
- Bir qrupda neçə uşaq var?
- On-on iki uşaqdan ibarət qruplar olur.
- Bir uşağın bağçaya adaptasiya dövrü nə qədərdir?
- Maksimum bir həftəyə uşaq adaptasiya ola bilir.
- Valideynlərə nə məsləhət görərsiniz?
- Mən özüm də valideynem. Valideynlərə məsləhət görərdim ki, həm uşaqların təlim-tərbiyəsi ilə məşğul olsunlar, həm onlara müəyyən qədər sərbəstlik versinlər. Bir də ki, bağça seçərkən yaxşı-yaxşı araşdırsınlar. Bağça uşaqların inkişafı üçün çox vacibdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər sevgi qazanaram.
Əlaqə nömrəsi: (010) 555 05 15












