Arıqlama üzrə mütəxəssis Aytən Cəfərova: "Bu işi bu qədər sevəcəyimi düşünmürdüm"

- Aytən xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Sözün düzü, əvvəllər bu sahə barədə heç vaxt maraqlanmamisdim. Çünki heç vaxt arıqlamağa ehtiyacım olmayıb. Sadəcə olaraq, iş axtarırdım. Yaxın bir adam bu işi mənə təklif etdi və bu aparatla ilk tanışlığım da onda oldu. İsə başladım və getdikcə bu işə sevgim daha da artmağa başladı. Qısacası, maddiyyata görə bu işə başladım, amma sonra bu sahəyə bağlandım. Hal-hazırda həm bu sahə üzrə, həm də lazer üzrə fəaliyyət göstərirəm.
- Necə ildir ki, bu sahədəsiniz?
- Artıq iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizi üzrə hansı işləri icra edirsiniz?
- Arıqlama prosedurları, üz liftinqi və lazer epilasiyası edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirsiniz?
- Daha çox arıqlama və bədən səkilləndirmə ilə bağlı müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
- Dəqiqliyi və çətin işləri sevən biriyəm.
- Ailəlisinzimi?
- Bəli, ailəliyəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, sırf arıqlamağı deyil, sağlamlıqlarını da düşünsünlər. Yəni ki, sağlam arıqlamağa üstünlük versinlər. Bir də ki, öz gözəlliklərinin və sağlamlıqlarının qeydinə qalsınlar. Hər zaman baxımlı olsunlar. Bunun üçün də yalnız mütəxəssislərə müraciət etsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu işi bu qədər sevərəm və ailəm bu sahədə mənə bu qədər dəstək olar.
Əlaqə nömrəsi: (070) 304 01 88
Instagram: Kavitasiya_ariqlama_ayten