Təsisçi-direktor İlgün Hətəmova Valeh qızı: "Uşaqlara qarşı şiddətə qəti surətdə "yox" deyirəm"

- İlgün xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu sahəyə gəlməyim uşaqlara olan sevgimdən irəli gəlib. Özüm də gənc yaşımda ana olduğuma görə, bu sevgi daha artıq olub. İlk dəfə on yeddi yaşımda bağçada müəllimə köməkçisi kimi fəaliyyətə başlamışam. Amma bu xarici ölkələrin birində olub. Azərbaycana 2014-cü ildə qayıtmışam. Qayıtdıqdan sonra adminstrator kimi fəaliyyət göstərmişəm. Daha sonra isə öz bağça şəbəkəmi yaratmışam.
- Bu şəbəkəyə necə bağça lazımdır?
- Dörd bağça daxildir.
- Bu bağçalar hansı sistemlə fəaliyyət göstərir?
- Demək olar ki, hamısı eyni sistem əsasında fəaliyyət göstərir. Amma müəyyən tədbirləri, şənlikləri və s. fərqli etməyə çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Gördüyüm işin keyfiyyəti mənim üçün çox önəmlidir.
- Bağçalarınıza hansı yaş qrupuna aid uşaqlar qəbul edilir və onlara hansı xidmətlər göstərilir?
- 1-6 yaş qrupuna aid uşaqları qəbul edirik. Uşaqlara həm bağça xidmətləri, həm də onların dünya görüşlərini artırmaq üçün müxtalif dərnəklər təşkil edirik.
- Bəs üstünlüyünüz nədədir?
- Səmimi olmağımız üstünlüyümüzdür. Hər bir uşağa öz övladımız kimi yanaşırıq.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Uşaqlara qarşı şiddətə qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Prinsipialam. Bir şeyə nail olmaq istədikdə, onu əldə edənə qədər mübarizə aparmağı bacaran insanam.
- Öz sahənizdə görmək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?
- İstərdim ki, uşaqlara içdən, həvəslə baxaq. Onlarla "biznes" kimi baxmayaq.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Uşaqları çox yükləməsinlər. Onları yaşından tez böyütməsinlər.
- Bəs özünüz uşaq olsa idiniz, nə görmək istərdiniz?
- Əyləncəni daha çox görmək istərdim.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Əslində hər şey məqsədyönlü olub. Nə istəmisəmsə, şükür ki, əldə etmişəm. Amma planımda bir məktəb açmaq da var. İnşallah, o arzuma da yetəcəyimə inanıram.
Əlaqə nömrəsi: (050) 988 30 62