Cərrah oftalmoloq Afaq Abasova: " İnsanlara kömək etmək əsas iş prinsipimdir"
- Afaq xanım, necə oldu ki, həkim oldunuz?
- Mən hər zaman insanlara kömək etməyi, onları dinləməyi sevmişəm. Yəqin, həkim olmaq arzum da bununla bağlı olub.
- Niyə məhz oftalmologiyanı seçdiniz?
- Mən pediatriya fakültəsini bitirmişəm, hələ universitetdə oxuyan vaxtlarımdan eynək taxan uşaqları görəndə onlara xüsusi həssaslıqla yanaşmışam, bəlkə də göz həkimi olmağım da məhz burdan qaynaqlanıb.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2006-cı ildən Z.Əliyeva adına Göz İnstitutunda İnterna olduğum vaxtlardan bu işlə məşğulam.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Göz xəstəliklərinə aid bütün müalicə və müayinə işlərini icra edirəm.
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- Bir göz həkimi olaraq hər yaş qrupundan olan pasiyentləri qebul edirəm, daha çox 3 yaşdan yuxarı pasiyentlər bizə müraciət edir.
- İş prinsipiniz nədən ibarətdir?
- İnsanlara kömək etmək, onları dinləmək mənim ən əsas iş prinsipimdir.
- Xarakter olaraq necə birisiniz?
- Xaraktercə planlı və məsuliyyətli biriyəm. Bütün işlərimdə dəqiqliyi sevirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Bir göz həkimi olaraq oxucularıma ən vacib tövsiyyəm gözlərinin qayğısına qalsınlar, vaxtaşırı göz müayinəsindən keçsinlər. Göz insanın ətrafdan informasiyanı ala biləcəyi ən mühüm orqandır.
- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, məhz oftalmoloq olacağam.
Əlaqə nömrəsi: (099) 503 03 43
















