Pilates üzrə məşqçi Nərmin Zeynalova: "Bu qədər insanın ümidini doğruldacağım ağlıma gəlməzdi"
- Nərmin xanım, necə oldu ki, bu peşəni seçdiniz?
- İdmana, fitnessə çox meylli idim. Özüm pilatesle məşğul idim. Düşünürdüm ki, nə zamansa öz mərkəzimi yaradacağam. Şükür ki, arzuma çatdım. Hal-hazırda bu işi sevə-sevə tədris edirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Gələn müştəriyə sevinc bəxş etmək və öz sahəm üzrə uğur əldə etmək əsas iş prinsipimdir.
- Xarakter olaraq necə birisiniz?
- Çox fəal və pozitiv biriyəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- İnsanların bilgisiz halda bu sahəyə gəlməsinə qəti surətdə "yox" deyirəm. Çoxları bura sırf arıqlamaq məqsədi ilə gəlirlər. Amma bu doğru deyil. Ona görə də, pilates baredə maariflənib sonra bu sahə ilə məşğul olsunlar. Pilates müalicəvi idman növüdür.
- Yalnız xanımlarla çalışırsınız, yoxsa bəylər da var?
- Əsasən, xanımlarla çalışıram.
- Seminarlarda iştirak edirsinizmi və ya özünüz təşkil edirsinizmi?
- Bəli, zaman-zaman iştirak edirəm. Özumun də təşkilatçısı olduğum seminarlar var. Yeri gəlmişkən, bu yaxınlarda böyük bir seminar etməyi planlaşdırırıq.
- Xanımlara nə məsləhət görürsünüz?
- Aktiv həyat tərzi keçirtsinlər, stressdən uzaq olsunlar. Öz sağlamlıqlarını və gözəlliklərini qorusunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər insanın ümidini doğruldacağam və bu qədər sevgi qazanacağam.
Əlaqə nömrəsi: (050) 858 21 51![]()











