"Angel" studionun rəhbəri Fərəh Allahverdiyeva: "Müstəri məmnuniyyəti və rahatlığını təmin etmək əsas iş prinsipimizdir"
- Fərəh xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən ixtisasca klinik psixoloqam. Təhsilimi Rusiya Federasiyasında almışam. Amma bu sahə üzrə çalışmamışam. Öz biznesimi yaratmaq həmişə arzum olub. Ona görə də bu işi qurdum.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Mərkəzinizdə hansı xidmətlər var?
- Bizdə lazer, arıqlama, dırnaq, saç və kosmetoloji prosedurlar icra edilir. Hər sahəyə dair də peşəkar mütəxəssislər cəlb etmişik.
- Özünüz hansı prosedurları icra edirsiniz?
- Tibbi təhsilim olduğuna görə, bəzi prosedurları özüm icra edirəm. Bəzi müştərilərlə özüm individual işləyirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur.
- Daha çox lazer, makeup, saç, kosmetoloji və arıqlama prosedurları ilə bağlı müraciətlər olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Müstəri məmnuniyyəti və rahatlığını təmin etmək əsas iş prinsipimizdir.
- Xarakter olaraq necə birisiniz?
- Çox pozitiv biriyəm. Amma bəzən sərtliyim də olur.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Nəyə "yox" deyirsiniz?
- Yalana və nankorluğa qəti surətdə "yox"deyirəm.
- Xanımlara nə məsləhət görürsünüz?
- İlk növbədə, aqresiyyadan uzaq olsunlar. Baş verən hadisələri yalnız müsbət tərəfdən görsünlər. Öz məqsəd və arzularına tərəf addım atmaqda daim cəhd etsinlər. Bütün xanımlara arzum budur ki, ruhları sağlam, gözləri xoşbəxtlikdən parlaq olsun. Hər bir qadın xoşbəxt ana, xoşbəxt qadın adına sahib olsun.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa
- Ağlıma nə gəlirdisə, o da başıma gəldi. Allahdan nə istəmişəm, şükür ki, hamısına nail olmuşam. Bütün işlərimdə də ən böyük dəstəkçim həyat yoldaşım olub.
Əlaqə nömrəsi: (070) 630 37 31
Instagram: Angel. azerbaijan












