PMU master trainer Günay Tağızadə: " Ağlıma gəlməzdi ki, bu qədər xanımların sevgisini qazanaram"
- Günay xanım necə oldu ki, bu sahəyə gəldiniz?
- Qaşlar mənim ən həssas yerim idi. Özüm qaşdan əziyyət çəkirdim. Məni bu sahəyə cəlb edən oz simam oldu. İlk olaraq Azərbaycanda tanınmış bir akademiyaya üz tutdum. Permanenti və mikrobladingi öyrəndiyimi sandım. Sonra fərqli ölkələrdə bu sahə üzrə təlim və tədris aldım. Fərqinə vardım ki, sən demə, əvvəl heç nə öyrənməmişəm. O insan məni mükəmməl şəkildə təkmilləşdirdi. Daha sonra Azərbaycanda təhsilimi davam etdirdim. Özümə söz vermişdim ki, mən tanınmış bir master olacağam. Əvvəl işlədiyim akademiyaya qayıtdım və təcrübəmi artırmaq üçün təmənnasız olaraq tələbələr hazırlamağa başladım. Beləliklə, zaman-zaman müxtəlif kurslara, seminarlara da qatılaraq özümü daha da təkmilləşdirdim. Hal-hazırda işimi sevə-sevə yerinə yetirirəm.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Doqquz ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- İlk öncə tədrisçi-məşqçi kimi fəaliyyət göstərirəm. Bu sahənin incəliklərini öyrənmək istəyən xanımlara öyrədirik. Qeyd edim ki, əziyyətimin bəhrəsini görürəm və bütün tələbələrindən razıyam.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Təkmilləşmələrlə bağlı müraciətlər daha çox olur. Mənim özümün doqquz il ərzində yığdığım təcrübəyə əsaslanaraq yazdığım bir nəzəriyyə kitabım da var. Hesab edirəm ki, Azərbaycanda tələbəyə mənim qədər nəzəriyyə ötürən ikinci bir şəxs yoxdur. Bunu deyirəm və sözümün üzərində də dayanıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Çalışıram ki, tələbəmin ağlında heç bir sual qalmasın. İş prinsipim tələbəmin keyfiyyətindən asılıdır.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Bəzi qeyri-pəşakarların bu sahədə fəaliyyət göstərməsinə qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Çox əsəbi və sərt bir insanam. Amma işimə bunu yansıtmıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bir az mərkəziniz barədə danışaq. Bu təşəbbüs necə yarandı?
- Çox çətinliklərlə bu yerə gəldim. İxtisasca iqtisadçıyam. Həmişə deyirdim ki, öz işimi quracağam. Şükürlər olsun ki, qurdum. Mərkəzimizdə mikroblading və permanentdən savayı kiprik və qaş laminasiyası üzrə , lazer, kosmetologiya, dırnaq qaynağı və sair sahələrə dair də kurslar fəaliyyət gostərir. Amma bu son deyil. Hədəflərim daha böyükdür. Azərbaycanda mikroblading və permanent məktəbi yaratmaq istəyirəm. İnşallah, o məqsədimə da çatacağına inanıram.
- Bu işi öyrənmək istəyənlərə nə məsləhət görürsünüz?
- Mütləq deyil ki, bizim akademiyada təhsil alsınlar. Əsas odur ki, işin pəsəkarlarına müraciət etsinlər. Əsas məsləhətim budur.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər tələbə, bu qədər xanımların sevgisini qazanaram.
Əlaqə nömrəsi: (055) 726 26 22













