Ümumi cərrah Vüsal Sədrayev: "Mənim üçün ən vacib olan xəstənin məmnunluğudur"
- Zaman sizi hardan götürüb haraya gətirdi? Niyə ağ xalat geyinmək istədiz?
- Mən uşaq yaşlarından bu sahəyə maraq göstərmişəm və bu uşaqlıq arzusu mənə Tibb Universitetinə daxil olub cərrahiyyə ixtisasına yiyələnməm üçün təkan verdi.
- Cərrahiyyə digər sahələrə nisbətən daha çətindir, bu sahəni özünüz seçdiniz?
- Bəli, özüm seçdim, artıq tələbə vaxtımdan cərrahiyyə ixtisası üzrə bəzi həkimlərin yanında işləyirdim.
- Neçə müddətdir ki, bu sahədəsiniz?
- Ümumilikdə 2008-ci ildən həkim kimi işləyirəm, 2008-2009-cu ildə 4 saylı şəhər xəstəxanasında internatura keçdim, daha sonar 2009-2011-ci illərdə N saylı hərbi hisslərin birində tibb xidməti leytenantı olaraq fəaliyyət göstərmişəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiz?
- Qarın boşluğunda açıq və laposkapik cərrahiyə ilə əməliyyatlar icra edirəm.
- İstisnalar var?
- Bəli, bəzi onkoloji əməliyyatları icra etmirəm.
- Bir həkim olaraq nəyə yox deyirsiniz?
- Tam təsdiqlənməmiş diaqnozla hər hansı müalicə aparmaq mənim üçün yolverilməzdir.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün ən vacib olan xəstənin məmnunluğudur.
- Son zamanlarda sizə ən çox nəylə bağlı müraciət edirlər?
- Son zamanlarda daha çox öd kisəsi və öd yolları xəstəlikləri,yırtıqlar,bağırsaqla bağlı müraciətlər olur.
- Ağ xalatsız necə birisiz?
- İstisna hallar olmasa təbiətcə sakit, hamı ilə dil tapan adamam.
- Ailəlisiniz?
- Bəli, ailəliyəm.
- Oxuculara nə tövsiyyə edərdiz?
- Çalışmaq lazımdır ki, həkim təyin etmədiyi heç bir dərmandan istifadə olunmasın və həkim göstərişi olmadan özünü müalicə aparılmasın.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki… Bu fikri özünüz tamamlayın.
- Mən bu işi seçərkən hansı yola getdiyimi bilirdim və hər şeyə hazır idim.
Əlaqə nömrəsi: (050) 376 61 24













