Pilates Könül : "Mən bu peşəni hər yaşda sevmişəm"
- Könül xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu işi mən uşaqlıqdan sevirəm. Məktəb vaxtı da idman dərslərində həvəslə iştirak edirdim. Həmin sevgi məni bu sahəyə gətirib çıxartdı.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Beş ildir ki, pilates sahədə fəaliyyət göstərirəm. Amma ondan qabaq idmanla məşğul olmuşam.
- Öz sahənizi üzrə hansı işləri icra edirsiniz?
- Hal-hazırda sırf pilates üzrə dərslər verirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim üçün əsas göruuyum işin nəticələri və tələbələrinin məndən razı qalmasıdır.
- Pilatesin insanlar üçün hansı faydaları var?
- İlk olaraq, bədənə çox gözəl səkillənmə verir. Skalioz, bel yırtıqları və s. xəstəliklərin müalicəsində mühüm rol oynayır. Bir sözlə desək, pilates müalicəvi idmandır.
- Yalnız xanımlarla çalışırsınız? Yoxsa bəylər da var?
- Həm xanımlar, həm də bəylərə çalışırıq.
- Nəticələrinizi necə müddətdən sonra əldə edirsiniz?
- Artıq iki aydan sonra müəyyən nəticələri görmək mümkün olur. Ümumilikdə isə altı ayın tamamında tam nəticəni görmək olar.
- Xarakter olaraq necə birisiniz?
- Qarşıma bir məqsəd qoydumsa, o məqsədə çatmaq üçün axıra qədər mübarizə aparan biriyəm. Özümü çox sevirəm (gülür).
- Ailəlisinzimi?
- Xeyr, ailəli deyiləm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bəzi insanlar öz sağlamlıqlarına qarşı laqeyd yanaşırlar. Mən buna qəti surətdə "yox" deyirəm.
- Tələbələrimiz varmı?
- Bəli, bir xanım tələbəm var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, qidalanmaqlarına diqqət yetirsinlər və idmanla məşğul olsunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma nə gəlirdisə, o da başıma gəldi. Mən bu peşəni hər yaşda sevmişəm və həmişə sevəcəyəm.
Əlaqə nömrəsi: (055) 814 49 10


















