Beynəlxalq dərəcəli münasibət mütəxəssisi, təlimçi Kifayət Ələkbərova: "Əslində bir çox münasibətlər olduğu kimi ətrafa göstərilmir"

- Kifayət xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən həmişə insanları hiss edərək dinləməyi, empatiya etməyi bacarmışam. Sonra ətrafımda olan insanlara münasibətləri ilə bağlı məsləhətlər verməyə başladım. Sonra, gördüm ki bu iş mən də alınır. Təhsil aldım, bu sahəni hərtərəfli öyrəndim.
Beynəlxalq dərəcəli münasibət mütəxəssisi adı qazandıqdan sonra, fəaliyyətə başladım.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizi üzrə hansı işləri icra edirsiniz?
- Mən özəl seanslar edirəm , həmçinin münasibətlər ilə bağlı təlimlər keçirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Qadın- kişi münasibətlərində yaranan problemlərin aradan qaldırılması, boşanmalar sonrası motivasiya ilə bağlı müraciətlər daha çox olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Ehtiyac olduğu zamanı mütəxəssisə müraciət etmək yerinə, problemin böyüməsinə göz yummağa qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq mən çox güclü, özgüvənli insanam. Mən düşünürəm ki, mümkün zaman və məkan daxilində insan istəsə, hər şeyi əldə edə bilər.
- Oxuculara nə məsləhət görürsünüz?
- Həyatın bir xəzinə , özünüzün isə ləl-cəvahirat olduğunuzu unutmayın.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, əslində bir çox münasibətlər olduğu kimi ətrafa göstərilmir.
Əlaqə nömrəsi: (050) 336 35 76