Kosmetoloq-lazeroloq Səbinə Vəliyeva:"İstərdim ki, xanımlar öz təbiiliklərini qorusunlar"

- Səbinə xanim, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən özüm əvvəl başqa sahədə işləmişəm. Sonra gördüm ki, o sahə mənlik deyil. Kosmetologiya marağım var idi. İki ilə yaxın bu sahə üzrə təhsil aldım. Bu işin icnəliklərini öyrəndim. Hal-hazırda müstəqil olaraq fəaliyyət göstərirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Altı ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahənizi üzrə hansı işləri görürsünüz?
- Dolğudan başqa kosmetologiyaya aid bütün prosedurları bacarıram. Bundan başqa, hicama, çistka (dəri təmizlənməsi), tatu silmə, lazer və G5 massajı edirəm.
- Xanımlar son zamanlarda sizdən daha çox nə istəyirlər?
- Lazer və hicama ilə bağlı daha çox müraciətlər olur.
- Bir mutəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Süni dolğulara qəti surətdə "yox" deyirəm. İstərdim ki, xanımlar öz təbiiliklərini qorusunlar.
- Tələbələrimiz varmı?
- Bəli, tələbələrim var.
- Xanımlara nə məsləhət görürsünüz?
- Özlərinə vaxtında zaman ayırsınlar və hər zaman baxımlı olsunlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,..
- Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, öz işimdə bu qədər irəli gedə bilərəm.
Əlaqə nömrasi: (055) 903 84 10