Permanent Lalə Nuriyeva: "Mənim üçün əsas olan müştərilərimin məndən razı qalmasıdır"
- Lalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim tibb sahəsini bitirmişəm. Amma o sahə üzrə işləməmisəm. Bir müddətdən sonra indiki peşəmə maraq yarandı və bu sahəyə gəldim. İşimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Üç ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən qaşa, kipriyə var dırnağa aid, demək olar ki, bütün işləri icra edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox qaşla və dırnaqla bağlı müraciətlər olur.
- İş prinsipinin nədən ibarətdir?
- Müştərilərimin məndən hər bir halda razı qalması mənim əsas iş prinsipimdir.
- Xanımlarla işləmək necə bir hissdir?
- Çox çətindir (gülür)
- Tələbələrimiz varmı?
- Tələbələrim olub. Hal-hazırda yoxdur.
- Xarakter olaraq necə birisiniz?
- Xaraktercə sərt bir insanam.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Bir mütəxəsiss olaraq nəyə "yox" deyirsiniz?
- Mən yalanı sevmirəm. Bir də ki, öz işimi tərifləməyi xoşlamıram.
- Xanımlara nə məsləhət görürsünüz?
- Xanımlara məsləhət görərdim ki, gözəlliklərini əmanət etdikləri ustalara qarşı səbrlə davransınlar. Onları anlamağa çalışsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, xanımların bu qədər kaprizlərinə dözərəm.
Əlaqə nömrəsi: (077) 302 93 03














