Kosmetoloq Şəbnəm Əliyeva: "Təbiiliyi qorumaq əsas iş prinsipimdir"
- Şəbnəm xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən ixtisasca mülliməyəm. Amma kosmetologiyaya olan marağım məni bu sahəyə gətirib çıxartdı. Yaxşı ki, bu sahəyə gəldim. İşimi çox sevirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on yeddi ildir ki, gözəllik sahəsində fəaliyyət göstərirəm. Dörd ilə yaxındır ki, kosmetoloq kimi çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Kosmetoloji prosedurlar, lazer epilyasiyasi, keratin, saç qaynağı və s. işləri icra edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Xanımların gözəlliklərinə gözəllik qatmaq əsas iş prinsipimdir. Bir də ki, təbiiliyi qoruyub-saxlamağa mənim üçün əsas şərtdir.
- Son zamanlarda xanımlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Xanımlar daha çox cildlərinin gənc qalmasına görə muraciətlər edirlər.
- Xarakter olaraq necə birisiniz?
- Kənardan baxanda özümdən razı kimi görünə bilərəm (gülür). Amma elə deyil. Ünsiyyətciləm. Hər kəslə yola getməyi və hamıyla dil tapmağı bacarıram.
- Ailəlisinizmi?
- Xeyr, ailəli deyiləm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər bir xanıma təravətli və baxımlı olmağı arzu edirəm. Amma hər şey qədərində daha gözəldir. Öz təbiiliklərini saxlamağa çalışsınlar.
Əlaqə nömrəsi: (055) 541 28 14














