Psixoloq Könül Mikayılzadə: "İnsanlarla səmimiliyimi qoruyub-saxlamağa çalışıram"
- Könül xanım, necə oldu ki, psixoloq oldunuz?
- Psixologiya mənim ikinci ixtisasımdır. Hər zaman hiss edirdim ki yaxşı dinləyiciyəm və hər kəs dərdini problemini mene danışmağ özən göstərir və gördüm ki, məndə insanlarla ünsiyyət qurmaq, onları anlamaq daha yaxşı alınır. Bua görə də psixologiya üzrə təhsil aldım və psxioloq olmaq qərarına gəldim. Yaxşı ki, psixoloq oldum. İşimi çox sevirəm.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- On üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm. İlk 3 ili uşaqlarla işləmişəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Fərdi və online psixoterapiyalar, kurslar, seminarlar, treninqlər və s. təşkil edirik. Əslində məqsədim Azərbaycanda peşəkar psixoloqlar yetişdirməkdir. Bunun üçün də əlimdən gələni edirəm və bu yöndə müəyyən addımlar atırıq.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox ailə problemləri və uşaqlıq travmaları ilə bağlı müraciətlər olur.
- Xarakter olaraq necə birisiniz?
- Bəlkə də kənardan sərt biri kimi görünə bilərəm. Amma pozitiv və gülərüz biriyəm. Zarafatcıl insanam. Bir az da emosionalam (gülür). Dostluq etməyi yaxşı bacarıram.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- "Yox" deməyi 33 yaşımdan sonra öyrəndim. Bu gün də insanlara müəyyən bir çərçivə daxilində "yox" deməyi bacarmağı aşılayıram.
- İs prinsipiniz nədən ibarətdir?
- İnsanlarla səmimiliyimi qoruyub-saxlamağa çalışıram. Mənim üçün ən vacib olanı budur. Çünki bir psixoloq öz danışanları ilə hər zaman ünsiyyətdə olmalıdır.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, müraciət etdikləri mütəxəssisi yaxşı-yaxsi araşdırsınlar və düzgün mütəxəssis seçsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu işi peşəkarcasına icra edə bilərəm.
Əlaqə nömrəsi: 077 255 78 76















