Fizoterapevt Kəmalə Həşimova: "Düzgün müalicə aparmaq əsas iş prinsipimdir"

- Kəmalə xanım, nece oldu ki, bu sahəyə gəldiniz?
- Fiziologiya elminə marağım universitetdə təhsil aldığım illərdə yaranıb. Bu elmi həm sevmişəm, həm də yaxşı oxumuşam. Ona görə də, bu sahəyə gəldim. İşimi çox sevirəm və ondan zövq alıram. Hər gün yeniliklər axtarıram.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- On beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipinin nədən ibarətdir?
- Müalicəni düzgün aparmaq və pasiyentlərlə xoş davranmaq əsas iş prinsipimdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Hal-hazırda keyfiyyətsiz qidalarla, çirkli ekologiya ilə əlaqədar olaraq skaliroz, oseaxondroz, metabolizm pozğunluğu və s. xəstəliklər çoxalıb. Mən də bu xəstəliklərin müalicəsi ilə məşğul oluram. Daha çox onurğa üzərində işləyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Çox səmimi biriyəm. Hər kəslə dil tapmağı bacarıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Pis vərdişlərə və səmimiyyətsizliyə qəti surətdə "yox" deyirəm.
- Tələbələriniz varmı?
- Bəli, tələbələrim çox olub.
- Oxuculara nə məsləhət görürsünüz?
- Düzgün qidalanmaya üstünlük versinlər və aktiv həyat tərzi keçirtsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu peşəni bu qədər sevəcəyəm.
Əlaqə nömrəsi: (055) 926 56 38