Kosmetoloq Həlimə Novruzova: "Hər bir pasiyentə individual yanaşmaq əsas iş prinsipimdir"

- Həlimə xanım, necə oldu ki, kosmetoloq oldunuz?
- Mən tibbi təhsilimi bitirdikdən sonra yalnız inzibati işlərdə - Bakı Baş Səhiyyə idarəsi və Səhiyyə Nazirliyində çalışmışam. Sonra qərara gəldim ki, özümə iş qurum. Aparat kosmetologiyası üzrə təhsil aldım və fəaliyyətə başladım. Yaxşı ki, bu sahəyə gəldim. İşimi çox sevirəm və ondan zövq alıram.
- Necə ildir ki, bu sahədəsiniz?
- Artıq yeddi ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Üzə və bədənə aid bütün kosmetoloji prosedurları icra edirəm.
- Xanımlar son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?
- Daha çox ləkələrlə və düzgün icra edilməyən kosmetoloji prosedurların fəsadları ilə bağlı müraciətlər olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Hər bir pasiyentə individual yanaşmaq və hərəsinin özünə uyğun prosedurlar etmək əsas iş prinsipimdir.
- Özünüz özünüzə hansısa bir prosedur icra edirsinizmi?
- Təbiiliyi qorumaq şərti ilə, bəli, müəyyən prosedurlar edirəm.
- Sizcə, bir xanımın simasın daha da gözəl göstərən nədir?
- Məncə, sağlam dəri, normasında olan dodaq, qaş və yorğun olmayan üz.
- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?
- Aşırı dərəcədə edilən kosmetoloji prosedurlara qəti surətdə "yox" deyirəm.
- Tələbələriniz varmı?
- Bəli, var.
- Xarakter olaraq necə birisiniz?
- Sakit və mehriban biriyəm.
- Ailəlisinizmi?
- Ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Üzlərinə qulluq etsinlər və özlərinə dəyər versinlər. Öz gözəlliklərini qorumaqla özgüvənlərini daha da artırsınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, pasientlərin kaprizlərinə bu dərəcədə dözə bilərəm.
Əlaqə nömrəsi: (050) 583 19 53