Həkim-quantum terapisti Aynurə Ağababayeva: "Özümu bu sahədə tapacağım ağlıma gəlməzdi"

- Necə oldu ki, bu sahəyə gəldiniz?
- Həm tibbi biliklərimi, həm də şüuraltını və quantum sahəsini birləşdirib bütün narahatlıqların əsas səbəbini tapıb oradan müalicə etmək üçün bu sahəyə gəldim. İnsanlara rahat, pəhriz saxlamadan arıqlaya biləcəklərini göstərmək, öz keçmiş travmalarını özlərini dəyişdikcə bir çox sıxıntının həll olacağını, dərman istifadə etmədən də çox vaxt ağrılardan azad olacaqlarını bilmələrini sübut etmək üçün bu sahədə fəaliyyət göstərirəm.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Artıq 3 ildən çoxdur ki, bu sahədəyəm. Həkim kimi isə ümumilikdə 7 ildir fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Daha çox insanların şüutaltını quantum, bioenerjilər, meditasiyalar vasitəsilə şəfalandıraraq onlara istədikləri həyatı yaşamağa köməklik göstərirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Ən çox pəhriz saxlamadan arıqlamaq, keçmiş travmalarını şəfalandırmaq, xroniki bədən, bel, baş ağrıları, daim halsızlıq, yorğunluq, uşaqlarda əsəb, aqresiya və özgüvənsizlik və s. məsələrlə bağlı müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Əgər pasientlər verilən müalicəyə biganə yanaşırsa və ya dəyişmək istəmirlərsə, onlarla işləməyə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Müəyyən qədər sərt, insanları hərəkətlərinə görə qınamayan və səbrli biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Daim özlərinə vaxt ayırıb həyatlarında baş verənlərin səbəblərini öz yaşam tərzlərində axtarsınlar. Özləri dəyişməyə başladıqca bütün narahatlıqları, ağrıları da azalacaq. Hətta səbəbsiz kilo almalarının, əsəblərinin səbəbini anlayacaqlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,..Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki,.. Özümü bu sahədə tam tapacağam və bu sahə öz möcüzələri ilə məni özünə bağlayacaq. Həm həkim olmağım, həm də quantum sahəsi birləşdikdə axtardığım sualların çoxuna cavab tapacağam.
Instagram: dr_quantum_terapy Əlaqə nömrəsi: (055) 555 93 13