Türkiyədə ixtisaslasmış hicama mütəxəssisi Leyla Sadiqli :"insanlara bu qədər xeyirim və faydam toxuna bilər"

- Leyla xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu peşəyə yiyələnmək uşaqlıq arzum olub. Daha sonra atamın məni bu sahədə görmək istəməsi mənə stimul verdi ki, bunu gerçəkləşdirim.
- Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- 2016-cı ildən etibarən profesional olaraq bu sahədə çalışıram. Və 7 ildən çoxdur ki, patsientləri qəbul etməkdəyəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Başlıca olaraq fizoterapiya da daxil olmaqla "Hicama" üsulu ilə müalicələrin aparılması əsas fəaliyyətimi təşkil edir. Bununla belə müasir dermatoloji sahədə olan müalicəvi yeniliklərin də tətbiqini həyata keçiriəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda "Hicama" üsulu ilə müalicələrə maraq durmadan artdığından müraciətlər arasında daha çox revmatizm, migren, ostexondrouz və yüksək təzyiqdən əziyyət çəkən patsientlər çoxluq təşkil etməkdədir.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- Bir həkim olaraq mən hər kəsə üzümü tutub demək istəyirəm ki, gümrah həyatın təməlində sağlam yaşam durur. Bunun üçün hər kəsin qeyri-sağlam və rejimsiz qidalanmağa, passiv həyat tərzinə yox deməsinə çağırış edirəm.
- Xarakter olaraq necə birisiniz?
- Xaraktercə nikbin və səmimi biriyəm. İstənilən situasiyada adekvatlığı təmin etmək mənim üçün proritetdir.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övaldım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Mənə görə, məsləhətləri təkcə oxumaq yox, həm də onlara müntəzəm olaraq əməl etmək çox vacibdir. Oxuculara bunu məsləhət etmək istərdim ki, hər bir insanın sağlamlığı ilkin olaraq onun öz əlindədir. Keçmişdə olmuş, indidə olan və yaxud gələcəkdə olacaq heç bir şey bizim həyatımızdan və bizdən daha vacib deyildir. İstənilən qərarı alan zaman ilk olaraq fiziki və mənəvi sağlamlığımızı gözönünə gətirməliyik.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, insanlara bu qədər xeyirim və faydam toxuna bilər.
Əlaqə nömrəsi: (070) 500 27 89