Fizioterapevt Səkinə Nadirova: "Düzgün diaqnoz qoymaq və düzgun müalicə aparmaq əsas iş prinsipimdir"

- Səkinə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- İnsanlara şəfa vermək, onların xəstəliklərinə bir çarə etmək istəyi mənim uşaqlıq aruzlarimdan biri olub. Ona görə bu peşəni seçdim. Yaxşı ki, həkim olmusam. İşimi çox sevirəm. Onu da qeyd edim ki, rəhmətlik atam məni həkim görmək istəyirdi. Onun arzusunu yerinə yetirdiyinə görə çox xoşbəxtəm. Onun adını yaşadıram. Soyadım onun adı ilə bağlıdır
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- On ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Sinir, sümük, oynaq, qan-damar sistemi, nevroloji ve ortopedi xəstəliklərin müalicəsi və müayinəsi ilə məşğulam.
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- Heç bir yaş mədudiyyəti yoxdur. İstənilən yaşda olan pasientlərin qəbul edirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Pasientlərə doğru diaqnoz qoyub, onları düzgün müalicə etmək əsas iş prinsipimdir. Ümumiyyətlə, mənim üçün ən vacib olanı, gördüyüm işin nəticələridir.
- Bir mutəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- İnsanların öz saglamlıqlarına laqeyd yanaşmaqlarına və bəzi həkimlərin də pasietnlərə pul mənbəyi kimi baxmağa qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Mən işimdə tələbkar və ciddiyəm. Amma pasientlərlə səmimiyyət qurmağı da bacarıram. Bir də ki, istədiklərimə çatmaq üçün sona qədər mübarizə aparmagi sevən biriyəm.
- Ailəlisinizmi?
- İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Məsləhət görürəm ki, öz sağlamlıqlarının qeydinə vaxtında qalsınlar. Kiçik bir problem olduqda, dərhal həkimə müraciət etsinlər. Çünki vaxtında olunan müayinə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısını n alınması deməkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu işi buq qədər sevəcəyəm və ağlıma gəlməzdi ki, bu qədər insanın duasını qazanacam.
Əlaqə nömrəsi: (055) 919 84 04