Kosmetoloq-lazeroloq İlhamə Məmmədova: "Ağlıma gəlməzdi ki, bu işə bu qədər marağım olacaq"

- İlhamə xanım, necə oldu ki, həkim oldunuz?
- Həkimliyi sevdiyimə görə bu sahəyə gəldim. Yaxşı ki, həkim oldum. İşimlə qürur duyuram.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq altı ildir ki, Masallı rayonunda "Mehrim beauty" salonunda kosmetoloq olaraq fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Kosmetologiyaya aid, demək olar ki, bütün prosedurları həyata keçirdirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Bildiyiniz kimi,biz rayonda fəaliyyət göstəririk. Son iki ildə burada kosmetoloqlara müraciət edən xanımların sayı artıb. Bu hal məni çox sevindirir. Ümumiyyətlə, daha çox qırışların açılması, dodaq dolğusu və s. prosedurlarla bağlı müraciətlər daha çox olur.
- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?
- İlk növbədə saxtakarlığa "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Dürüstlüyü önəm verən bir insanam. Çalışmışam ki, hər zaman hər kəsə qarşı dürüst olum.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Bir qızım var.
- Xanımlara nə məsləhət görürsünüz?
- Məsləhətim budur ki, hər hansı bir kosmetoloji prosedurla bağlı mutəxəssislərə müraciət etsinlər. Öz gözəlliklərini hər adam etibar etməsinlər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın,zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu işə bu qədər marağım olacaq və mən bu sahədə bu qədər qalacağam. Çünki kosmetologiya sahəsinə təsadüfən və müvəqqəti olaraq gəlmişdim.
Əlaqə nömrəsi: (051) 615 00 02