Həkim endokrinoloq-dietoloq Lalə Hacıyeva diabetik polineyropatiyadan danışdı

- Lalə xanım, diabetik polineyropatiya nədir?
- Diabetik polineyropatiya-şəkərli diabetin ən rast gələn ağırlaşmasıdır. Qanda şəkərin yüksək səviyyəsi qan damarlarını ciddi sürətdə zədələyə bilər. Bədəndə yaxşı dövran etməyən qan bədənin bəzi hissələrinə gedib çatmaya bilər, bu isə sinirlərin zədələnməsinə və ağrının hiss olunmamasına gətirib çıxara bilər. Diabetin fəsadları ürəktutmaya, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına gətirib çıxara bilər.
Diabetik polineyropatiya şəkərli diabetdə sinir sisteminin zədələnməsi nəticəsində yaranır. Bu diabetin ilk təzahürü ola, və ya xəstəliyin sonrakı mərhələlərində baş verə bilər.
Diabetik polineyropatiya uzun müddət (5-10 il və daha çox) şəkərli dibetlə xəstə olanların 40-90%-də rast gəlinir və bir neçə periferik sinirin zədələnməsi ilə təzahür edir.
- Bu xəstəliyin əlamətləri hansılardır?
- Erkən əlamətləri: ✔Uyuşma; "Qarışqa gəzmə hissi" ✔Ayaq pəncəsindən baldıra qədər yüksələn ağrı; ✔Ayaq pəncəsində uyuşma hissi,gecə saatlarında bu hissin artması;✔İstilik və ağrı hissiyyatının tədricən itməsi müşahidə olunur.
Əgər sizə polineyropatiya diaqnoz qoyulubsa, deməli şəkərli diabet artıq sizin sinirlərinizi zədələyib.
Neyropatiya zamanı ilk növbədə periferik sinirləri zədələyir. Yəni ilk növbədə qollara, ayaqlara, bədənə və başa gedən həm hissi, həm də hərəki sinirlər zədələnməyə başlayır. Yüksək qan şəkərinin təsiri nəticəsində diabetli xəstələrdə əsasən hissi sinirlər zədələnir.
- Bəs diabetik pəncə sindromu nədən əmələ gəlir?
- Diabetik pəncə sindromun yaranmasında 3 əsas faktor rol oynayır:
1-periferik qan dövranın pozulması ,2-infeksion amil,həmçinin dəri zədələri,çatları; 3-neyropatiya,həssaslığın azaltması.
- Şəkərli diabet olan xəstələrdə sinir zədələnməsini özünü necə biruzə verir?
▪Əllərdə və ayaqlarda yanğı və iynəbatma hissi ▪ Dərinin temperatur hissinin itməsi ▪ Gecə ağrıları ▪ Ətraflarda keyləşmə ▪ Ətraflarda göynəmə hissi ▪ Ayaqlarda ödemlər ( şişkinliklər) ▪ Dəridə quruluq və qabıqlanma
▪ Dərinin qızarması ▪ Sağalamayan xora və yaraların olması ▪ Oynaqlarda patoloji dəyişikiklər ▪ Barmaq hərəkətlərinin hiss olunması
Hərəki sinirlərin zədələnməsi zamanı, adətən ətraflar nazilir və zəifləyir, əzələ gücsüzlüyü yaranmağa başlayır.
- Diabetik polineyropatiyasının müalicəsi necə aparılır?
- Müalicəsi ilk növbədə qanda şəkər səviyyəsinin stabilləşdirilməsi və metabolik maddələr və qan dövranına təsir edən preparatlar, qan axınına təsir edən vəsaitlər,vitaminlər,ağrıkəsicilər,qlükokortikoidlər və sinir impulsunun ötürülməsini yaxşılaşdıran preparatlardan ibarətdir.
Fizioterapiya Müalicə prosesinin köməkci tərkib hissələrindən biri də fizioterapiyadir. Fizioterapiya dərman müalicəsindən sonra başlayır. Polineyropatiyaların müalicəsində ən çox tətbiq edilən fizioterapevtik prosedurlara daxildir:magnitoterapiya,darsonvalizasiya,qalvanik vannaların qəbulu,parafin və ya ozokerit applikasiyaları,dərman preparatlarını elektroforezi.
Müntəzəm şəkildə aparılan fizioterapiya kursları toxumaların oksigen və qida maddələri ilə təminatının yaxşılaşdırılmasına, itirilmiş həssaslığın və əzələ tonusunun bərpasına, sinir ötürücülüyünün aktivləşdirilməsinə və sözün əsl mənasında xəstəni ayaq üstə qoymağa kömək erir.
Polineyropatiyanın müalicəsində terapevtik massaj,müalicəvi bədən tərbiyəsi (MBT),refleksoterapiyanın da tətbiq edilməsi müsbət terapevtik effektin əldə edilməsinə böyük köməklik göstərir.
- Diabetik polineyropatiyası olan xəstələrə hansı tövsiyələr verə bilərsiniz?
- Polineyropatiyanın baş verməsi ehtimalının aradan qaldırılması üçün profilaktik tədbirlər bir sıra tövsiyə və qaydalara riayət etməkdən ibarətdir. Onlar periferik sinir sisteminin zədələnməsinə və normal fəaliyyətinin pozulmasına qarşı yönəldilən tədbirlərlə bağlıdır.
▪Siqaret çəkməmək ▪ Spirtli içkilərdən istifadə etməmək ▪ Qanda qlükozanın səviyyəsini nəzarətdə saxlamaq ▪ Hipodinamik həyat tərzindən çəkinmək,fiziki cəhətdən aktiv olmaq ▪ Artıq çəkidən azad olmaq və piylənmənin yaranmasına yol verməmək.
▪ İnfeksion xəstəliklərdən qorunmaq. Bir çox yoluxucu xəstəliklərə qarşı peyvəndlər mövcuddur – bu peyvəndlərə laqeyd olmamaq və vaxtlı-vaxtında vaksinasiya etdirmək.▪ Endokrin sisteminin xəstəliklərinin profilaktikasını və müalicəsini vaxtında aparmaq.
▪ Həddindən artıq istiyə və ya soyuğa məruz qalmaqdan çəkinmək ▪ Stress doğuran hallardan qaçmaq ▪ Travmalardan özünü qoruyun,evdə ayaqyalın gəzməyin ▪ Rahat və boş ayaqqabılara üstünlük verin,ayaqqabı ayaqıvızı sıxmamalıdır. Xüsusi corablardan və ayaqqabı üçün altıqlardan istifadə edin ▪ Ayaqların gigiyenasina fikir verin və gündəlik nəmləndirici krem tətbiq edin ▪ Yuxu rejiminin normallaşdırılması – sutkada ən azı 7 saat yatmaq.
- Bəs pəhriz rasionunda hansı dəyişiklikləri məsləhət görə bilərsiniz?
- Qida rasionunu sinir sistemi üçün faydalı olan maddələrlə: B qrupu vitaminləri, E vitamini, doymamış yağ turşuları Omega-3, kalium və kalsiumla zənginləşdirmək.
B qrupu vitaminləri ilə zəngin – mal və toyuq qaraciyəri, yumurta, göyərti və tərəvəz əlavə etmək. Pivə mayasının qəbulu da çox faydalıdır.
Cilalanmamış taxıl məhsullarını istehlak etmək faydalıdır – onlar qanda qlükozanın səviyyəsini azaltmağa kömək edən liflərlə zəngindir.
Bundan əlavə, mövcud xəstəliklərdən asılı olaraq pəhriz məhdudiyyətlərinə və tövsiyələrinə riayət etmək vacibdir.
Diabetik polineyropatiya zamanı Pevznerə görə 9 saylı pəhrizə riayət etmək lazımdır
Diabetik polineyropatiya şəkərli diabet xəstələri gündəlik həyatında diskomfort yaradır, ona görə də bütün diabetli pasientlər ildə 3-4 dəfə endokrinoloq qəbulunda və diabetik ayaq müayinəsindən keçməlidirlər,ən azı 3 ildən bir nevroloqun profilaktik müayinəsindən keçmək,hər il isə- ürəyin, qan damarlarının, qaraciyərin, böyrəyin, mədəaltı vəzin, qalxanabənzər vəzin dispanser müayinəsindən keçməlidilər.
Həkimlə Əlaqə :
Mobil: +994505053277(+ WhatsApp)
Instagram: @endocrinologist.lala
Facebook: Endocrinologist Lala
E-mail: [email protected]
Web: www.primehospital.az/doctor/lala-haciyeva/